Azərbaycanlılar Rusiya bazarından çıxarılır? Səfirlikdən açıqlama

Siyasət 12:12 21.09.2019

Azərbaycanın Rusiyadakı səfirliyi Rostov şəhərindəki “Aksay” bazarında işləyən həmvətənlərimizin oradan çıxarılması və deportasiya edilməsini əks etdirən video ilə bağlı məlumat yayıb.

Eurasia Diary xəbər verir ki, səfirlikdən verilən məlumata görə, sosial şəbəkələrdə Rusiyanın Rostov-Don şəhərində fəaliyyət göstərən “Aksay” bazarında çalışan həmvətənlərimizin oradan çıxarılması və bəzilərinin Azərbaycana deportasiya edilməsi ilə bağlı yayılmış qısa video diplomatik nümayəndəliyə daxil olub.

Hadisənin hansı səbəbdən baş verdiyi, oradakı azərbaycanlıların kim tərəfindən çıxarıldığı barədə ətraflı xəbərin verilməsi, konkret adların və faktların göstərilməsi xahiş edildikdə, müraciətin müəllifi onda heç bir məlumatın olmadığını bildirib.

Buna baxmayaraq, məsələ səfirlik tərəfindən ətraflı araşdırılıb. Belə ki, Rostov vilayəti qubernatoru aparatından, Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş Polis İdarəsindən, yerli diasporumuzun üzvləri, hətta qeyd olunan bazarın müdiriyyətindən əldə edilən məlumatdan aydın olub ki, həqiqətən də yerli polis əməkdaşları müxtəlif millətlərdən olan insanları, o cümlədən bir qrup soydaşımızı həmin bazarın ərazisindən uzaqlaşdırıblar. Buna səbəb onların Rusiya Federasiyası ərazisində pərakəndə ticarətlə məşğul olmaq üçün müvafiq icazələrinin olmaması göstərilir. Eyni zamanda, həmin ticarət obyektinin yerində yaşayış kompleksinin tikintisi gözlənilir və bazar bağlanmaq üzrədir.

Səfirlik Rusiyada çalışan soydaşlarımıza müraciət edərək Rusiya ərazisində problemsiz və maneəsiz çalışmaq üçün bu ölkənin qanunlarına tam və şərtsiz əməl etməyə çağırır. Qanunları pozan soydaşlarımıza lazımi köməyin göstərilməsi səfirliyin imkanı xaricindədir.

Diplomatik nümayəndəliyimiz müasir texnologiyaların verdiyi imkanlardan sui-istifadə edənlərə müraciətlə bildirir ki, səfirlik öz səlahiyyətləri çərçivəsində ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiyanın istənilən nöqtəsində hər bir Azərbaycan vətəndaşının qarşılaşdığı problemi həll etməyə hazırdır. Yaranan real problem barədə səfirliyə yazılı və ya şifahi məlumatın verilməsi kifayətdir ki, onun həlli istiqamətində müvafiq işin aparılmasına başlanılsın.

Bunun yerinə isə mahiyyəti araşdırılmamış, təsdiqini tapmamış, şayiələrə əsaslanan və əksər hallarda həqiqəti əks etdirməyən hadisələri sosial şəbəkələrdə paylaşaraq ictimaiyyəti çaşdırmaq cəhdləri onu deməyə əsas verir ki, bu adamlar özlərini “vətənpərvər”, “haqq-ədalət carçısı” kimi göstərib diqqəti özlərinə cəlb etməklə məşğuldurlar. (cebhe.info)

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Hamısı