Erməni politoloq: “Əliyev-Paşinyan debatı ağır psixoloji təəssürat yaratdı”

Siyasət 15:45 16.02.2020

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen şəhərində “Xalqları sülhə hazırlamaq” proqramı çərçivəsində keçirilən debat düşmən ölkədə böyük əks-səda doğurub.

Erməni ekspertlər debat zamanı olduqca sönük və əzik görünən Nikol Paşinyanı sərt şəkildə tənqid edirlər. Bunlardan biri də politoloq, “Politekonomiya” araşdırma institunun direktoru Andranik Tevanyandır.

Eurasia Diary  Ermənistan mediasına istinadən onun fikirlərini təqdim edir.

A.Tevanyan N.Paşinyanın bütün parametrlərlə İlham Əliyevə uduzduğunu yazır: “İlk öncə psixoloji hazırlıq və bədən dilindən danışmaq lazımdır. Əliyevin davranışı, onun duruşu, Paşinyanın üzünə rişxəndlə gülməsi (özəlliklə baş nazir velosiped icad edirmiş kimi özünün mikroinqilabı haqqında danışanda) onu göstərdi ki, bu savaşdan məğlub ayrılan tərəf biz olduq. 

Hətta Azərbaycan xarici işlər naziri E.Məmmədyarov belə, özünü gülümsəməkdən saxlaya bilmirdi. Bu isə bizim dövlətimizin rəhbərinə, daha doğrusu, elə dövlətimizin özünə açıq-aşkar hörmətsizliyin nümayişidir. Paşinyan onunla belə davranılmasına görə özünü qınamalıdır. Təsəvvür edin ki, indi kulislərarxası görüşdə necə mənzərə görünür. Münhendə Paşinyanın özünü necə apardığı, kimin diktə etdiyi, kiminsə uduzduğu açıq-aşkar göründü.

Söhbətin məzmununa gəlincə, Azərbaycan tərəfi on illərdir ki, təkrarladıqları arqumentlərini irəli sürdü. Paşinyanın mövqeyi isə “Münaqişənin nizamlanması Azərbaycan, Ermənistan və “Qarabağ” xalqı tərəfindən həll olunmalıdır” ki, boş sözdən ibarət oldu. Elə təsəvvür yarandı ki, Ermənistan baş nazirinin bundan başqa söyləyəcək bir sözü yoxdur.

Rəsmi Bakı Qarabağı Azərbaycanın tərkibində görür və Şuşanı, habelə digər bölgələri azərbaycanlılara yenidən qaytarmaq istəyir. Bunun üçün İlham Əliyev mərhələli variant təklif edir. Paşinyan isə Əliyevin qətiyyəti fonunda özünü “sülh göyərçini” kimi göstərməyə çalışırdı. Lakin bu, həm mənasız, həm də təhlükəli mövqedir.

Belə göründü ki, Əliyev-Paşinyan debatı ağır psixoloji təəssürat oyatdı. Biz əslində, Nikol Paşinyanın əsl çəkisini gördük. Paşinyanın bunun üçün nə siyasi savadı, nə operativ reaksiya qabiliyyəti, nə də cürəti var. Bunun əvəzində bizlərə hələ də “Böyük Tiqran”dan danışır. Nikol Paşinyan bir daha göstərdi ki, dövlət rəhbəri kostyumu ona çox böyük gəlir”.(musavat.com)

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Hamısı