Cəbhədə məğlubiyyətlərlə üzləşən Ermənistanın daxilində siyasi fəallıq artıb. Beləki, keçmiş qondarma rejim rəhbərləri ilə indiki və keçmiş Ermənistan siyasi rəhbərləri arasında silsilə görüşlər keçirilib.
Eurasia Diary erməni KİV-lərə istinadən xəbər verir ki, qondarma rejimin keçmiş rəhbərləri olan Bako Saakyan və Arkadi Qukasyan İrəvan şəhərinə gələrək Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.
Bir saat davam edən görüşdən sonra onlar keçmiş rəhbər Serj Sarkisyanla görüşüb. Daha sonra onların üçü də birlikdə Ermənsitanın ikinci prezidenti Robert Koçaryan ilə görüşüb.
Sonda isə, Saakyan ilə Qukasyan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ilə də görüş keçirib. Mümkün ehtimal budur ki, qondarma rejimin keçmiş rəhbərləri Petrosyan ilə Paşinyanın onlara nə dediyini müzakirə ediblər.