Paşinyan sükutu pozdu - Sülhlə bağlı lazımi işləri görməliyik | Eurasia Diary - ednews.net

20 Sentyabr, Bazar ertəsi

Paşinyan sükutu pozdu - Sülhlə bağlı lazımi işləri görməliyik

Siyasət A- A A+

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan cümə axşamı hökumətin iclasında Rusiya sərhədçilərinin dayaq nöqtələrinin Azərbaycanla sərhəd boyunca yerləşməsini təklif edib.

EDNews.net Bizim.Media-ya istinadən xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” saytında yer alıb.

"İndiki vəziyyətdə Rusiya sərhədçilərinin dayaq nöqtələrinin Azərbaycanla bütün sərhəd boyunca yerləşdirilməsi məsələsinə baxmağın məqsədəuyğun olduğunu düşünürəm. Bu, hərbi toqquşma riski olmadan delimitasiya və demarkasiya işləri aparmağa imkan verəcək" deyə o, qeyd edib.

Onun sözlərinə görə, İrəvan bu mövzunu rusiyalı həmkarları ilə müzakirə etməyi planlaşdırır.

Paşinyan qeyd edib ki, Ermənistan hökuməti bölgədə sülh və sabitliyi təmin etmək üçün bütün lazımi işləri görmək niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...