Ermənistanın yük maşınları 10 gündür Rusiya-Gürcüstan sərhədində qalıb - Azərbaycan nömrəli maşınlar keçib gedir - FOTOLAR - ednews.net

8 Dekabr, Çərşənbə

Ermənistanın yük maşınları 10 gündür Rusiya-Gürcüstan sərhədində qalıb - Azərbaycan nömrəli maşınlar keçib gedir - FOTOLAR

Siyasət A- A A+

Ermənistanın yük maşınları Rusiya-Gürcüstan sərhədində qalıb.

EDNews.net-in xəbərinə görə, bu barədə “news.am” yük maşınlarının sürücülərinə istinadən məlumat yayıb.

Sürücü Taron Markaryanın sözlərinə görə, Ermənistanın yük maşınları 10 günə yaxındır Yuxarı Lars sərhəd-keçid məntəqəsinə gedən yolda qalıb: “Yolda təxminən 200-ə yaxın yük maşını dayanıb. Bizə keçməyə icazə verilmir. Bunun bir izahı var - ermənilər üçün yol bağlıdır. Gözümüzün qarşısında gürcü və Azərbaycan nömrəli maşınlar keçib gedir, bizə isə icazə verilmir”.

Sürücülərə bildiriblər ki, Lars yolu hələ bir həftə də bağlı qalacaq.

“Əraziyə Ermənistanın Gürcüstandakı səfiri gəlib polislərlə söhbət elədi və getdi. Sürücülər Yüksək Texnologiyalar Nazirliyinin qaynar xəttinə zəng vurdular, oradan belə cavab verdilər: maşınlarınızın sahiblərinə deyin, qoy bu problemi həll etsinlər. Məmurlarımızın diqqətini çəkmək üçün yolu bağlayacağıq. Haradadır bizim dövlət?”, - sürücü Taron Markaryan vurğulayıb.

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...