Prezident İlham Əliyev Ukraynaya səfər edəcək.
EDNews.net xəbər verir ki, bu barədə məlumatı Ukrayna dövlət başçısının Mətbuat xidməti yayıb.
Bildirilir ki, yanvarın 14-ü İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün keçirilməsi planlaşdırılır.
Məlumata əsasən, səfər Zelenskinin dəvəti ilə həyata keçirilir. Belə ki, Ukrayna Prezidenti ötən ilin dekabrında Brüsselə səfəri zamanı İlham Əliyevlə görüşündə onu Kiyevə səfərə dəvət edib.
Prezidentlər Bakı vaxtı ilə 15:15-də mətbuata bəyanatla çıxış edəcəklər.