“Bu gün Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü keçiriləcək. Azərbaycan bunu indiki mərhələdə dəstəkləyir”.
EDNews.net-in xəbərinə görə, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev rəhbərlik etdiyi qurumda Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli mediaya verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair açıq müzakirələrdə deyib.
“Ermənistanın indiki siyasəti üçüncü dövlətlər tərəfindən müəyyən olunur. Bəzi dövlətlər Azərbaycan və Ermənistan arasında, o cümlədən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını istəmirlər”, - o vurğulayıb.