Azərbaycan QHT-ləri BMT Baş katibinə etiraz bəyanatı ilə müraciət edib

Siyasət 14:16 11.02.2022

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (UNDP) işçi kimi çalışan ermənilərin Azərbaycana qarşı apardıqları nifrət zəmnində fəaliyyətinin qarşısının alınması ilə əlaqədar toplantı keçirilib.

Ednews "Report"-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT-nin 50-dən çox nümayəndəsi iştirak edib.

Toplantıda qeyd olunub ki, BMT-nin İnkişaf Proqramında çalışan və öz sosial şəbəkə platformalarını nifrət zəminində istifadə edən, yalnız Azərbaycana qarşı deyil, bütün türk xalqlarına qarşı qərəz, böhtan və təhqirlər səsləndirən və açıq şəkildə separatizmi təbliğ edən erməni əsilli Armen Qriqoryan, Narine Sahakyan, Meri Tavukciyan və Stepan Marqaryan adlı əməkdaşlar BMT-nin əməkdaşı statusundan sui-istifadə edərək türklərə və azərbaycanlılara, ölkəyə və Azərbaycan Prezidentinə nifrət zəmnində hücum edirlər. Edilən xəbərdarlıqlara məhəl qoymayan bu insanların BMT strukturları tərəfindən cəzalandırılması və mandatlarına xitam verilməsi QHT sədrləri tərəfindən diqqətə çatdırılıb.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli qeyd edib ki, bir sıra beynəlxalq təşkilatlar monupulyativ hərəkətlərlə məşğuldurlar: "Həmin təşkilatlar reytinq hazırlayan təşkilatlardır. Guya ki, insan haqları, söz, ifadə azadlığı ilə bağlı hesabatlar düzəldirlər. Lakin bəzi ölkələri qərəzli şəkildə qaralamaqla məşğuldurlar, bəzi ölkələri isə haqlı olmadığı halda yüksəldib ən demokratik ölkə kimi təqdim edirlər. Bu sırada beynəlxalq QHT-lər var. Onların fəaliyyəti müəyyən mənada anlaşılandır. Çünki müəyyən məsələlərə subyektiv yanaşa bilərlər. Amma təəssüf ki, biz belə qeyri-məqbul, ikili standartlarla yanaşmanı dövlətlərarası təşkilatların fəaliyyətində də müşahidə edirik".

M.Ələsgərli vurğulayıb ki, bəzi dövlətlərarası təşkilatların əməkdaşları təşkilat səviyyəsində olmasa da, özlərinin fərdi sosial şəbəkə hesablarında Azərbaycan dövləti, Azərbaycanın rekvizitləri haqqında aşağılayıcı ifadələr işlədirlər: "Düzdür, bunlar həmin təşkilatların mövqeyi və bəyanatı səviyyəsində deyil. Amma istənilən halda qurumun əməkdaşları olduqları üçün beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradırlar. Bu səbəbdən bizim QHT-lər təşəbbüs göstəriblər ki, həmin təşkilatlara adbaad müraciətlər göndərək. Bu gün BMT rəhbərliyinə müraciətimiz olacaq. Daha sonra isə digər təşkilatlara əməkdaşlarının neqativ davranışları ilə bağlı müraciət edəcəyik ki, bu cür ikili standartlara uyğun və yaramaz açıqlamalara aydınlıq gətirsinlər".

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, hər bir beynəlxalq təşkilatın əsas məqsədi birtərəfli olmaq və həqiqəti müdafiə etməlidir: "Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu prizmadan çıxış etmirlər. Onlar Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı fərdi mövqelərindən çıxış edirlər. Beynəlxalq təşkilatların, dövlətlərarası qurumların alt qurumlarının bəzi nümayəndələri öz şəxsi profillərində Azərbaycana qarşı hörmətsizlik nümayiş etdirirlər. Hesab edirəm ki, beynəlxalq qurumlar buna qarşı adekvat münasibət bildirməlidir. Hər hansı beynəlxalq təşkilatın erməni əsilli nümayəndəsi öz profilində Azərbaycana qarşı hər hansı təhqiredici ifadələr paylaşırsa, həmin şəxslər cəzalandırmalı, hətta işdən azad olunmalıdır".

"İllərlə torpaqlarımız işğalda olub, həmin dövrdə beynəlxalq təşkilatlara müraciət edərək faktaraşdırıcı missiya göndərmələrini istəmişik, amma Azərbaycana qarşı ikili standart nümayiş etdiriblər. Artıq biz bu standarlara qarşı çıxış etmişik. Bir daha bildiririk ki, beynəlxalq təşkilatlar bir mövqedən, haqq ədalət, beynəlxalq hüquqi mövqedən çıxış etməlidirlər", - Birlik sədri bildirib. O hesab edir ki, beynəlxalq təşkilatlar həmin əməkdaşların hərəkətlərinə qarşı müəyyən addımlar atacaq.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli isə deyib ki, BMT-nin İnkişaf Proqramının erməni əsilli əməkdaşları sosial media və şəxsi profillərində Azərbaycana qarşı nifrət zəminli kampaniya aparmaqla məşğuldur: "BMT-də çalışan erməni əsilli şəxslər heç bir əsas olmadan həm Vətən müharibəsi dövründə, həm də müharibədən sonra Azərbaycan dövlətinə, dövlət rəhbərinə nifrət aşılayan çıxışlar ediblər. Hazırda Şimali Makedoniyada BMT-nin İnkişaf Proqramının rezident-əlaqələndiricisi olan Armen Qriqoryan Azərbaycana qarşı çirkin kampaniya aparır. Bundan başqa, BMT-də vəzifə tutan Meri Tabukçyan, Stepan Markaryan və digərləri BMT-dəki statuslarından sui-istifadə edərək Azərbaycana qarşı kampaniya aparır. Düzdür, BMT 90-cı illərdə Azərbaycanla çox yaxından əməkdaşlıq edir, bir çox layihələrin həyata keçirilməsinə dəstək olub. Biz bununla BMT-nin rolunu kiçiltmirik. Lakin bu qurumun əməkdaşları Azərbaycana qarşı kampaniyaya başlayıb və biz buna etiraz edirik. Bu əməkdaşlar cəzalandırılmalıdır. Necə ola bilər ki, BMT əməkdaşlarının bu cür hərəkətlərinə qarşı tədbir görülmür. BMT Azərbaycanla normal əməkdaşlıq edir. Amma təəssüf edirik ki, bu cür mənfi hərəkətlər də var".

Sonda QHT sədrlərinin iştirakı ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlanıb.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Hamısı