Xocalı soyqırımı - 30 Nələri etmişik və nələri etməliyik?

Siyasət 10:44 25.02.2022
İyirminci əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımının törədilməsindən 30 il keçir.
 
Bu qətliam təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı cinayət, insanlığa qarşı təhqir, vəhşi vandalizm, kütləvi qırğın aktıdır.
 
Xocalı soyqırımı həm də, erməni daşnak faşizminin mahiyyətidir, sübutudur, güzgüsüdür.
 
Bu qətliamdan 30 il keçsə də, xalqımızın Xocalı yarasının qanı qurumayıb, ağrısı azalmayıb.
 
Xocalı soyqırımı bir tərəfdən postsovet Rusiyasının, əsasən, ermənilərdən təşkil edilmiş 366- cı motoatıcı alayının dəstəyi ilə erməni cəlladlarının dinc, əliyalın mülki əhaliyə qarşı milli və dini mənsubiyyətinə görə törətdiyi qətliam idisə, digər tərəfdən Azərbaycan xalqının milli qürurunun təhqir və təhtid edilməsi aktı idi.
 
Xocalı soyqırımının ideoloqları və qəddar icraçıları balayanların, köçəryanların, sərkisyanların, ohanyanların məqsədi Qarabağın ən strateji yerlərindən biri olan Xocalını zəbt etməklə yanaşı, insan düşüncəsinə sığmayan vəhşi qətliam törətməklə azərbaycanlıların gözünü qorxutmaq, döyüş və müqavimət ruhunu sarsıtmaq, mübarizə əzmini qırmaq idi.
 
Bu cəlladlardan biri, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala verdiyi müsahibəsində əsil niyyətlərini belə etiraf etmişdir: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, biz onlarla zarafat edirik. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu".
 
 
Lakin bu vəhşilər anlamırdılar ki, əli haqqın ətəyində olan xalqın ruhuna qalıb gəlmək olmaz.
 
Bu dünyada bir ilahi ədalət var və bu ədalət gec- tez zəfər çalacaqdır.
 
İlahi ədalət isə Ümummilli lider Heydər Əliyevin şəxsində və fəaliyyətində bərqərar oldu.
 
Məhz Vətən sevgisi və Liderə inam xalqımızı yenidən səfərbər etdi.
 
Nə yaxşı ki, təxribatlar, xəyanətlər, daxili çəkişmələr, şaiyələr, xarici təzyiqlər, soyqırımı millətin mübarizə əzmini qıra bilmədi, döyüş ruhunu sarsıda bilmədi, sabaha, qələbəyə inamını öldürə bilmədi.
 
Bu 30 ildə nələri edə bildik?
 
İlk öncə onu qeyd etmək istəyirəm ki, Xocalı soyqırımına düzgün siyasi- hüquqi qiymət verə bildik və bu cinayəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdlra bildik.
 
"Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”— deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımına hüquqi siyasi qiymət verdi və “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.
 
Xocalı soyqırımının faktlaşdırılması, sənədləşdirilməsi, elmi, publisistik, bədii, tədris nəşrlərində, ekran tərtibatında tanınma və tanıdılma predmetinə çevirmək istiqamıtində lazımi işlər görə bildik.
 
Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlətimiz xarici siyasət sahəsində böyük diplomatik uğurlar əldə etdi, o cümlədən Xocalı soyqırımının dünyada tanınması istiqamətində davamlı səylər göstərildi.
 
Onu da qeyd etməliyik ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008- ci ildən keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir.
 
Milli Məclis deputatlarının da yaxından iştirak etdiyi " Xocalıya ədalət" humanitar- siyasi missiyası qısa vaxt ərzində kifayət qədər beynəlxalq dəstək qazana bilmişdir.
 
Görülən məqsədyönlü diplomatik tədbirlər nəticəsində
 
Xocalı soyqırımı dünyanın 17 ölkəsi, habelə, ABŞ- ın 30- a yaxın ştatı tərəfindən tanınmış və bu qətliama beynəlxalq siyasi qiymət verilmişdir.
 
Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
 
Nələri etməliyik?
 
- Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi istiqamətində təşəbbüsləri yorulmadan davam etdirməliyik;
 
- Soyqırım törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin tutulub Azərbaycana gətirilməsi və ən sərt şəkildə cəzalandırılmasını təmin etməliyik.
 
- Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə soyqırım qurbanlarının ailə üzvlərindən və azərbaycan dövlərindən rəsmi üzr istənilməsi, belə cinayətlərin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi tələb olunmalı və sülh müqaviləsinin şərtlərindən biri kimi nəzərdə tutulmalıdır.
 
- Xocalını işğaldan azad etmək, Xocalıya qayıtmaq, Xocalını yenidən bərpa edərək, muzey- xatirə komleksi qurulmuş bir şəhərə çevirmək ki, bütün dünya görk və ibrət alsın, belə faciələrin baş verməməsi üçün sağlam qüvvələr səfərbər olunsun.
 
Əminəm ki, biz bunları edəcəyik, birlikdə edəcəyik, yaxın zamanlarda edəcəyik.
 
Necə ki, 44 günlük Vətən müharibəsində Qarabağın böyük hissəsində və Şərqi Zəngəzurda ədaləti bərpa etdik. Xocalıda da üçrəngli bayrağımızı dalğalandıracağıq, bax onda, Xocalının yarasına məlhəm qoyulacaq, şəhidlərimizin ruhu aram olacaq.
 
Dağlı xalqlarının belə bir duası var: "Allahım, mənim düşmənimi öz əcəli ilə öldürmə, imkan ver, öz qisasımı özüm alım.
 
Təəssüf ki, Xocalı qatilləri bu işıqlı dünyada hələ də əl - qollarını sallayıb rahatca gəzirlər.
 
Bu qisası özümüz almalıyıq, bu cəzanı özümüz verməliyik. Vaxt yetişib!!!
 
Biz Xocalı cəlladlarının cəzasını elə verməliyik ki, Ermənistandakı revanşist qüvvələr birdəfəlik anlasınlar: Azərbaycan xalqı ilə zarafat etmək onların başları üçün deyil!
 
Biz bunu edəcəyik!
 
Mütləq edəcəyik!
 
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı və Ordusu növbəti yürüşünü Xocalıda edəcəkdir. Bu qaliblərin ədalət yürüşü olacaqdır!
 
Bu Milli Birliyimizin və Vətən Sevgimizin növbəti təntənəsi olacaqdır! 
 
Biz birlikdə güclüyük!
 
Musa Quliyev (URUD),
 
Millət vəkili

 

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Hamısı