Azərbaycan-Qırğızıstan qardaşlığının yeni səhifəsi

Siyasət 10:58 23.04.2022
MM Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Q.Paşayevanın yeni yazısını təqdim edirik.
 
Qardaş Qırğız Respublikasının Prezidentinin Sadır Japarovun respublikamıza ilk səfəri uğurla başa çatdı.
 
İki ölkə Prezidentinin 20 aprel tarixli Birgə Bəyanatı səfərin, səfər müddətində imzalanmış sənədlərin, uğuru şərtləndirən amillərin təsbiti baxımından özünə xüsusi diqqət tələb edir. Birgə Bəyanat qardaş ölkələrimiz arasında əməkdaşlığın dünəni, buğunu və perspektivinin mahiyyətini ifadə etməkdədir.
 
Öncə onu vurğulayaq ki, Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Hərçənd statistik göstəricilərdəki müsbət dinamika təqdirəlayiqdir, dəyərlidir lakin “keyfiyyətcə yeni səviyyə” dedikdə, yalnız kəmiyyət (statistika) nəzərdə tutulmur, təbii; bu, daha çox mahiyyəti, qardaşlıq ruhunun real müstəvi üzərindəki inkasını, əməli fəaliyyət sahələrinin hamısı üzrə işbirliyinin səviyyəsini, perspektivini  ehtiva edir. Məsələn, Qırğız Respublikası Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanan 10 sənəddən biri “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, digəri “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”dur. – Digər sənədlərin də önəmini vurğulayarkən, etiraf edək ki, bu iki sənəd xüsusi önəm daşıyır. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional məsələlər, beynəlxalq problemlər daha effektli və fəal surətdə müzakirə olunacaqdır.
 
Bundan başqa: hər iki ölkənin də qurucusu olduğu Türk Şurasının ötən ilin payızında Türk Dövlətləri Təşkilatına (TDT) çevrilməsi, Qırğız Prezidentinin də imzası ilə TDT-nin ən yüksək ordeninin Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevə təqdim olunması, digər ortaq türk qurumları üzrə işbirliyi, bu fonda ikitərəfli əlaqələrin inkişafı keyfiyyəti, yeni səviyyəni ifadə edir. (Mərkəzi qərargahı Bakıda yerləşən TürkPA-nın Baş katibi, 2017-ci ildən ötən ilin sentyabrınadək Qırğız Respublikası Joqorku Keneşinin (Ali Məclisinin) nümayəndəsi Altınbek Mamayusupov idi. Hazırda TÜRKSOY baş katibi Qırğız Respublikasının Xalq yazıçısı Sultan Rayevdir).
Beləliklə, həm yeni imzalanmış sənədlər əsasında Strateji tərəfdaşlıq – qarşılıqlı fəaliyyətin yüksək səviyyəsini ifadə edir, həm də ortaq türk qurumlarının qurucusu olmağımız, o qurumlarda alınan qərarlar da ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Azərbaycanla Qırğız Respublikasının bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi ənənəvi xarakter alıb. Hazırda Azərbaycan Prezidentinin sədrlik etdiyi Qoşulmama Hərəkatı, eləcə də, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, ECO çərçivəsində ölkələrimizin bir-birinə davamlı dəstəyi vardır.
 
Vurğulanan bütün platformalar üzrə əlaqələr, əməkdaşlıq real nəticələr verməklə yanaşı, yeni imkanları, yeni çağırışları da ehtiva edir. Misal üçün, nəqliyyat infrastrukturunun, “Şərq-Qərb nəqliyyat dəhlizi”nin daha səmərəli fəaliyyət göstərməsi üçün ölkələrimizin səyləri birləşdirilməlidir. Artıq bəllidir ki, yüklərin Azərbaycan ərazisindən bütün vacib istiqamətlərə (Şimal, Cənub və Qərbə) göndərilməsinə imkan verən çağdaş nəqliyyat, o cümlədən liman infrastrukturu mövcuddur. Liman infrastrukturu başda olmaqla, Azərbaycanın nəqliyyat imkanları Qırğız Respublikasının, bütün qardaş, dost, tərəfdaş ölkələrin üzünə açıqdır. Üstəlik, II Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər də, qardaş, dost ölkələrin hər biri üçün yeni imkanlar doğurub. Bayaq vurğuladığımız nəqliyyat infrastrukturunun bir hissəsi, işğaldan azad olunmuş ərazilərimizdən də keçəcək. Özəlliklə, Zəngəzur dəhlizinin işə düşməsi ilə tam yeni, əlverişli ortam yaranacaqdır. Qarşılıqlı olaraq, Qırğızıstanın, ümumən Orta Asiyadakı bütün qardaş, dost və tərəfdaş ölkələrin iqtisadiyyatı, özəlliklə, enerji, kənd təsərrüfatı, turizm sektoru Azərbaycan işadamları, böyük şirkətlərimiz üçün cəlbedici sayılır. Azərbaycan şirkətlərinin çağdaş enerji, kənd təsərrüfatı, turizm müəssisələrinin yaradılmasında özünəxas təcrübəsi vardır. İlk növbədə bu üç istiqamətdə səylərin birləşdirilməsinə, konkret olaraq, Qırğızıstanda Azərbaycanın yatırım potensialına ehtiyac duyulduğu bəllidir.
 
Ortaq mədəni irs və ortaq tarix isə qardaş xalqlarımızı birləşdirən, bütün dövrlər üçün güncəl olmuş əməli fəaliyyət sahəsi, önəmli bir kateqoriyadır. Bu sahənin möhkəm özülü, zəngin (ortaq!) keçmişi, cazibədar buğunu və fövqəladə gələcəyi var. Ümumən humanitar sahə dövlətlər, xalqlararası münasibətlərdə həmişə önəmli yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin, Qırğız respublikasının da dəstəkləməsi ilə 2023-cü il üçün Türk dünyasının Mədəniyyət paytaxtı elan olunmasını burada xatırlatmaq istərdim. İnanırıq ki, gələn ili gözləmədən, gələn aykı “Xarı bülbül” festivalında, ondan sonrakı “Vaqif Poeziya Günləri”ndə Qırğız sənətçiləri, şairləri, jurnalistləri, mədəniyyət işçiləri və incəsənət xadimləri böyük həvəslə iştirak edəcək. Hər görüş, hər səfər yeni tanışlıqlar, yeni əməkdaşlıqlar, layihələr deməkdir. Çox şadam ki, ötən illərdə Milli Məclisin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, bizim biləvasitə iştirakımızla önəmli layihələr icra olunub. Belə layihələrə misal olaraq, “Qarabağ hekayələri”nin qırğızca nəşrini misal çəkə bilərik.
 
Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Parlament  nümayəndə heyətlərimiz  beynəlxalq platformalarda bir-birini dəstəkləyir. Hesab edirəm ki, parlamentlərarası əlaqələrin də böyük potensialı vardır və bu potensialdan yararlanmaq hər iki ölkənin maraqlarına tam cavab verir.
 
Məmnuniyyətlə qeyd etmək istərdim ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov respublikamıza səfəri çərçivəsində Milli Məclisdə olub, Milli Məclisin sədri Sahibə xanım Qafarova ilə səmərəli görüş keçirib.
 
Ali qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən xanım spiker, ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrinin mövcudluğuna, xalqlarımızı birləşdirən ortaq köklər, oxşar tarix və ümumi dəyərlərə vurğu edib.
 
Xanım spikerin qardaş ölkə prezidentinin bu səfərinin iki ölkə arasında bütün sahələrdə, o cümlədən parlamentlər arasında əlaqələrin inkişafına yeni impuls və stimul verəcəyinə əminliyini ifadə edib.
 
Qırğız Respublikasının Prezidenti ölkələrimizin parlamentləri arasındakı münasibətləri yüksək qiymətləndirib.
 
Parlament sədri ilə qardaş ölkə prezidentinin görüşündə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da faydalı fikir mübadiləsi aparılıb.
 
Yaşasın Azərbaycan-Qırğıstan qardaşlığı və dostluğu!
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Hamısı