“Azərbaycan torpaqları işğal olunan zaman bir sıra təşkilatlar torpaqların işğalını tanıyıblar. İşğala son qoymaq üçün Minsk qrupu yaradılmışdı, ancaq heç bir həll yolunu uğurlu şəkildə həyata keçirə bilməyib”.
Ednews xəbər verir ki, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
O xatırladıb ki, 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları azad edilib: “Mən bu münasibətlə Prezident İlham Əliyevi təbrik edirəm. Qarabağ Azərbaycandır!”.