Azərbaycanın İslandiyadakı səfiri Elin Süleymanov İslandiya Prezidenti Qudni Yohannessona etimadnaməsini təqdim edib.
Bu barədə Ednews-a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.
İslandiya səfəri çərçivəsində Azərbaycan səfirliyinin nümayəndələri İslandiya Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri ilə ikitərəffli münasibətlər, regionumuzda mövcud vəziyyət eləcə də, Azərbaycan rəhbərliyinin davamlı sülhün bərqərar olması və bütün bölgəmizin dayanıqlı inkişafına yönəldilmiş strategiyası, Avropada enerji təhlükəsizliyi məsələləri ilə əlaqədar fikir mübadiləsi aparıblar.