Tofiq Zülfüqarov Heydər Əliyevlə bağlı xatirələrindən DANIŞDI EKSKLÜZİV

Siyasət 12:51 15.06.2022
Hər bir millətin tarixində dönüş nöqtəsi və bunu yaradan liderlər olur. Azərbaycan üçün belə önəmli günlərdən biri 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Umummilli lider Heydər Əliyevdir.
 
Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Ulu Öndərlə bağlı xatirələrini Ednews-la bölüşüb. Siyasi şərhçi söhbətə Ümummilli liderlə ilk tanışlığından başlayıb. T. Zülfüqarov o günü belə xatırlayır: 
 
“Heydər Əliyevlə ilk tanışlığım 1993-cü ilin iyul ayına təsadüf edir. O vaxt keçmiş nazir Tofiq Qasımov öz fəaliyyətini dayandırmışdı və Romada Minsk Qrupunun ilk danışıqlarında mən iştirak edirdim. Bu məsələ ilə əlaqədar məruzə etmək üçün məni Milli Məclisin binasında keçirilən iclasa çağırmışdılar. O zamanlar Heydər Əliyevin rəsmi vəzifəsi Milli Məclisin sədri idi. Hökumətin digər üzvləri də orada idi. Axşam təxminən saat 11-də ona məruzə etdim, təlimatlar aldım, yenə də danışıqlarda iştirak etdik”.
 
O, rəhbər üçün vacib xüsusiyyətlərin hər birinin Heydər Əliyevdə olduğunu vurğulayıb. Onun sözlərinə görə, ən təsirlisi isə onun iş üslubu idi.
 
“İclasda bu və ya digər sahəyə, o cümlədən xarici siyasətə aid mütəxəssislər dəvət olunur, mövzu barədə məruzələr edilir, suallar verilir, müzakirələrdə müxtəlif arqumentlər səslənirdi. Bu, adətən bir saat, bəzən isə saatlarla davam edirdi. Sonda Heydər Əliyev qərar qəbul edirdi və o qədər aydın və real təlimatlar verirdi ki, onun icrası rahat olurdu. Heydər Əliyevin daha bir böyük xüsusiyyəti isə daim onunla işləyən insanların rəy və mövqeyini soruşması və onlara təmkinlə qulaq asması idi”. 
 
Tofiq Zülfüqarovun sözlərinə görə, onun hadisələrə sistemli baxışı vardı. 
 
“O, hadisələri tərkib hissələrə bölünmüş şəkildə təhlil edib bizimlə müzakirə edirdi. Bu çox vacib idi, çünki problemi daha yaxşı görmək üçün onu struktur əsasında təhlil etmək lazımdır”.
 
Politoloq Heydər Əliyevlə bir çox xarici səfərlərdə olduğunu da bildirib. O, qeyd edib ki, nazir müavini olarkən və ondan öncə nümayəndə heyətinin üzvü kimi Ulu Öndərlə müxtəlif görüşlərdə yaxından iştirak edib. 
 
“O, Azərbaycan və onun problemlərini xarici dövlət başçılarına və ya digər vəzifəli şəxslərə struktur əsasında elə çatdırırdı ki, hər bir şey təbii və aydın alınırdı. O, Qarabağ münaqişəsi haqqında danışanda hər zaman əraziləri dəqiqliklə xəritədə göstərirdi. Xarici nümayəndənin söhbət nəticəsində çəkilən müxtəlif adlar yadından çıxa bilərdi, amma xəritə üzərində işğal olunmuş ərazilər, didərgin düşmüş insanların sayı ilə bizim problemlər əyani şəkildə təqdim olunurdu. Bu da diplomatiyanın ən yüksək səviyyədə olduğunu göstərirdi. Dəfələrlə xarici qonaqların ona rəğbətlə yanaşmalarını görmüşəm, bu da həm onun şəxsiyyətinə, həm də dövlətə və onun problemlərinə müsbət münasibət yaradırdı”.
 
Tofiq Zülfüqarov vurğulayıb ki, Qarabağ münaqişəsinin həlli üçün baza da məhz Heydər Əliyevin dövründə formalaşıb. 
 
“O zaman Azərbaycan informasiya blokadasında idi. Ermənilər bütün dünyaya münaqişə və onun nəticələri barədə məlumatları təhrif olunmuş şəkildə yayırdı. Hətta ərazilərimizin işğalı zamanı ABŞ bizə qarşı sanksiya tətbiq etmişdi. Təəssüflər olsun ki, Heydər Əliyevin gəlişindən öncə bizim real problemlər, ümumiyyətlə vəziyyət barədə məlumat yox idi. Cənab Prezident hər bir səfərində, qonaqlarla görüşlərində daim Azərbaycanın mövqeyini təqdim edirdi”. 
 
Sonda Tofiq Zülfüqarov:
 
“Vətən müharibəsi zamanı da heç kimin şübhəsi yox idi ki, Azərbaycan öz ərazilərini işğalçıdan azad edir. Biz indi Ukrayna hadisələrindən görürük ki, informasiya müharibəsi real müharibədən daha vacibdir. O vaxt yaradılan siyasi propoqandanın bünövrəsi bizə 2020-ci ildə müharibədə zəfər çalmağa imkan verdi”.
 
Gülnar Səlimova
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
Hamısı