Yaponiya Rusiyanın Sapparo şəhərindəki konsulluğunun əməkdaşını “arzuolunmaz şəxs” elan edib.
Ednews xəbər verir ki, "Kiodo" agentliyi Yaponiya xarici işlər naziri Yoşimasu Hayaşiyə istinadən bildirib.
Rusiyalı diplomat oktyabrın 10-na qədər Yaponiyanı tərk etməlidir.
Xatırladaq ki, bundan əvvəl Moskva casusluq ittihamı ilə Yaponiyanın Vladivostokdakı konsulunu “arzuolunmaz şəxs” elan etmişdi.