İranın Ermənistanı dəstəkləməsi onu hansı prespektivlərdən məhrum edəcək PROQNOZ

Siyasət 16:21 05.10.2022

Azərbaycan hakimiyyəti Xəzərdən Türkiyə sərhədlərinə doğru ticarət xəttinin reallaşması barədə İrana istəyini bildirib. İran rəsmiləri isə buna Ermənistanın mövqeyini rəhbər tutaraq, bir qədər fərqli münasibət göstərib. 

İran kimin dostudur: bizim, yoxsa ermənilərin?

Məsələ ilə bağlı Ednews-a açıqlama verən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan İranın münasibətini belə şərh edib: 

“Azərbaycanın Xəzərdən Türkiyə sərhədinədək ticarət dəhlizinin açılması barədə istəyi yeni məsələ deyil. Bilirsiniz ki, 1993-cü ildə təsis olunan və tərkibinə Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxil olmaqla,TRACECA proqramı fəaliyyətə başlayıb. Sonradan bu proqrama Moldova, Monqolustan, Ukrayna, Türkiyə, Rumıniya və Bolqarıstan, ən sonda 2009-cu ildə isə İran qatılıb. Bəhs etdiyim bu xətt adı çəkilən Asiya ölkələrindən Cənubi Qafqaza, Türkiyəyə, Qara dənizə və oradan da Avropaya istiqamətlənmiş yoldur və Azərbaycan tərəfi həmin proqramın yenidən dəyərləndirilməsini istəyir”.

Politoloq vurğulayıb ki, bu proqramdan İran tərəfinin faydalanacağı da şübhəsizdir. O, həmçinin Azərbaycan tərəfinin bu proqrama geri dönüşünü bir növ sınaq adlandırıb:

“Burada həm də atılan bu addımlar bir sınaq kimi də sayıla bilər. Məsələn, Türkmənistanın Azərbaycandan ötürülən qazının İranın 5 əyalətini qaz ilə təmin etməsi məhz bu sınaqlardan biri kimi göstərilə bilər”. 

Söhbət zamanı Sədrəddin Soltan Ermənistanın mövqeyini önəmli sayan İranın bu addımını mənasız adlandırıb. Onun sözlərinə görə, İranın bu işə mane olması heç bir işə yaramayacaq.

“Az öncə də qeyd etdiyim kimi Azərbaycan bu təşəbbüslə həm də təxminən 30 il fəaliyyətsiz qalan TRACECA proqramının aktivləşməsini istəyir. Çünki prespektivdə İran Qərbin tələblərinə cavab verərsə o zaman İran da bu proqramla Cənubi Qafqazdan keçəcək xətt vasitəsilə özünün təbii qaz ehtiyatının Avropaya çıxmasına nail ola bilər. Buna görə də hesab edirəm ki, İranın burada kiminsə üzərinə minnət qoyması yersiz bir addım olar”.   

Ekspert danışıqların sürətlə irəliləməsində Türkiyənin rolu və buna əks gedəcəyi təqdirdə, Ermənistan və iranı nələrin gözləyəcəyini vurğulayıb.  

“Ermənistanın bu məsələdə hər zaman prosesləri ləngitməyə çalışması həm də İran hakimiyyətində Ermənistanı dəstəkləyən qüvvələrin olması ilə bağlıdır. Məhz elə bu səbəbdən də proqram ləngidilir. Halbuki, İran elementar bir şeyi anlamalıdır ki, əgər qonşu ölkə ərazisindən enerji xətti keçirsə, ondan həmin dövlət də faydalanır.  Görürsünüz ki, işğal dönəmindən sonra Ermənistan Azərbaycanın regionda həyata keçirdiyi bir sıra regional layihələrindən kənarda qalıb. Təəssüf ki, İran da Ermənistanı dəstəklədiyi üçün bu cür layihələrdən faydalanmaqdan məhrum ola bilər. 

O ki, qaldı Türkiyənin mövqeyinə, burada əsas lokomativ rolunun Türkiyədə olduğunu tam təsdiq edə bilərəm. Bu onun həm iqtisadi gücü, həm də də coğrafi mövqeyi ilə bağlıdır. Məhz bu gedişlə, Türkiyənin Azərbaycanla birgə əməkdaşlığı və Türkiyənin güclü mövqeyi dəhliz layihəsinin reallaşmasında mühüm rol oynaya bilər”. 

Elnur Ənvəroğlu

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Hamısı