Rusiya, İran və Çinin iştirakı ilə Hind okeanında birgə hərbi dəniz təlimləri keçiriləcək.
Ednews "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Şəhram İrani deyib.
O bu təlimlərin məqsədinin hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi olduğunu deyib: “Biz, döyüş qabiliyyətinin artırılması və təhlükəsizliyinin stabilliyinin təmin olunması məqsədilə yaxın zamanda Hind okeanının şimalında Rusiya və Çinin də iştirakı ilə birgə hərbi dəniz təlimləri keçirəcəyik”.
Xatırladaq ki, Rusiya və Çin bu ilin sentyabr ayında, ABŞ tərəfindən atılan addımların yaratdığı narahatlıq fonunda, Müdafiə Nazirliyi xətti üzrə əməkdaşlığın möhkəmləndirilməsi barədə razılığa gəliblər.