“Vətən müharibəsi zamanı Şuşada ilk dəfə ən müasir rabitə sistemləri tətbiq edildi”.
Ednews Report-a istindən xəbər verir ki, bunu Azərbaycan Ordusunun mayoru Elşən Tanrıverdiyev deyib.
O bildirib ki, müharibə dövründə konkret istiqamət üzrə idarəetmə qrupunun rabitə və informasiya texnologiyaları sahəsinin rəhbəri olub:
"Biz savaş başlayandan dərhal sonra hazır vəziyyətdə idik. Lazımı təlimatları almış və döyüşlər öncəsi bəzi fəaliyyətləri icra etmişdik. Ərazidə rabitə və informasiya texnologiyaları ilə hazırlıqlar görmüşdük. Daşaltıda irəliləmək, oranı piyada qalxmaq olduqca çətindir. Radioelektron cihazlarla bunu etmək isə, demək olar, mümkünsüz görünür. Lakin biz bunu bacardıq. Əlbəttə, ordumuza güc verən Vətən həsrətinə son qoymaq arzusu idi. Odur ki, bütün təhlükələrə və risklərə baxmayaraq, qarşıya qoyulan tapşırığı yerinə yetirdik və döyüşən bölmələr arasında rabitəni təmin etdik”.