“İrəvan və Bakı Soçi razılaşmalarından imtina etməyiblər”.
Ednews xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
"Gördüyümüz kimi hər iki ölkənin verdiyi şərhlər sülh müqaviləsinin hazırlanması mövzusu ətrafında fikir mübadiləsinin davam etdiyini göstərir”, - deyə Zaxarova bildirib.
Zaxarova vurğulayıb ki, müzakirə, Soçi sammitinin nəticələri nəzərə alınmaqla aparılıb.
“Mən tərəflərin razılaşmadan imtina etdiyinə dair heç yerdə bəyanat görməmişəm”, - deyə XİN sözçüsü bildirib.
O qeyd edib ki, Rusiya İrəvan və Bakıya qarşılıqlı məqbul həll yollarının axtarışında yardım etməyə davam edəcək.