Vətəndaşlar tərəfindən hücuma məruz qalmış dünya liderləri ARAŞDIRMA

Siyasət 10:15 24.11.2022
Siyasətçilərdən narazlıq, etirazlar heç də hər zaman sözlə ifadə olunmur. Bəzən narazı şəxslər öz etirazlarını nümayiş etirmək üçün siyasilərə hücum etmək taktikasını seçirlər. Maraqlıdır ki, bir sıra böyük dövlətlərin başçıları vəzifədə olduqları vaxtlarda vətəndaşların hücumunun hədəfinə çevriliblər.
 
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, sıravi vətəndaşlar tərəfindən hücuma məruz qalmış dövlət başçılarını araşdırıb.
 
Emmanuel Makron
 
Yəqin ki, ilk pilləyə Fransa prezidentinin adını yazmaq daha doğru olardı. Çünki Makron digərlərindən fərqli olaraq bir neçə dəfə vətəndaşlar tərəfindən hücuma məruz qalıb. Son olaraq bir neçə gün öncə, vətəndaşları salamlayan Fransa prezidenti kütlənin içərisindəki bir qadın tərəfindən sillələnib.
 
Makron daha əvvəl ötən ilin iyununda oxşar vəziyyətlə qarşılaşmışdı. Hadisə ölkənin cənub-şərqindəki Drom departamentinə səfər zamanı baş verib. Makron dəmir hasarın yanında dayanan yerli sakinlərlə söhbət etmək üçün yuxarı qalxıb. Prezident əlini maskalı qalın qara saqqallı şəxsə uzadıb. Cavabında həmin şəxs tərəfindən sillələnən Makronu mühafizəçiləri ərazidən uzaqlaşdırıb. 
 
Bu hücumlarla bağlı açıqlama verən Makron baş verənlərə rəğmən vətəndaşlarla birbaşa ünsiyyətdə olmağa davam edəcəyini elan edib.
 
Corc Buş
 
2000-2008-ci illərdə ABŞ-a rəhbərlik etmiş oğul Buşun başına gələnlər də yəqin ki, oxuyucuların yaddaşındadır. Hadisə hələ də “Buşun ayaqqabısı” adı ilə xatırlanır. Belə ki, 2008-ci ildə Buş və İraqın baş naziri Nuri Malikinin birgə mətbuat konfransı zamanı bir jurnalist qəflətən oturduğu yerdən ayağa qalxaraq “Bu, iraqlıların hədiyyəsidir. Bu vida öpüşüdür, sən itsən”, - deyərək Amerika prezidentinə ayaqqabı atıb. Hadisə bununla bitməyib: birinci atışdan dərhal sonra jurnalist əyilib, ikinci ayaqqabını götürüb və eyni şəkildə ABŞ liderini yenidən hədəf alıb. Buş hər iki ayaqqabıdan uğurla yayınmağı bacarıb.
 
Yen Jiabao
 
Maraqlıdır ki, Çinin baş naziri də Buşun hadisəsindən sonra trendə çevrilən ayaqqabı hücumunun qurbanlarındadır. Belə ki, Buşa atılan ayaqqabıdan bir il sonra Kembric Universitetinin aspirantı Martin Yanke universitetdə çıxış edən Çinin baş naziri Wen Jiabaoya ayaqqabı atıb. Çinli hökumət adamına atılan ayaqqabı da Corc Buşla olduğu kimi hədəfinə çatmayıb.
 
Vladimir Putin
 
2013-cü ildə Rusiya prezidenti Vladimir Putin qarşısında sinəsini açan ukraynalı fəallara baxmaq məcburiyyətində qalıb. Bir neçə qadın fəal tez soyunaraq Rusiya liderinin ünvanına təhqiramiz sözlər deməyə başlayıblar. Tezliklə onlar mühafizəçilər tərəfindən zərərsizləşdirilib.
 
Hadisə Putin və Almaniya kansleri Angela Merkelin "Volkswagen" sərgi stendini ziyarət edərkən baş verib.
 
Sonradan həmin beş nəfərə qarşı cinayət işi də açılıb. Maraqlıdır ki, Putin hadisə ilə bağlı danışarkən, hücumun olacağından əvvəlcədən xəbərdar olduğunu və baş verənlərin xoşuna gəldiyini bildirib.
 
Jak Şirak
 
Fransanın sabiq prezidentinə qarşı hücum isə daha təhlükəli olub. Hadisə 2002-ci ildə Bastiliya Günü münasibətilə keçirilən tədbirdə baş verib. Belə ki, 27 yaşlı Maksim Bruner gitara çantasında gizlətdiyi tüfəngdən prezidentə atəş açıb, lakin hədəfdən yayınıb. Doğrudur, məhkəmə ekspertizası Brunerin psixi problemlərdən əziyyət çəkdiyini təsdiqləyib. Buna baxmayaraq, prezidentə hücum edən gənc 10 il həbs cəzasından yaxa qurtara bilməyib. 
 
Silvio Berluskoni
 
İtaliyanın baş naziri Silvio Berluskoni 2009-cu ildə rəhbəri olduğu partiyanın mitinqindən sonra Milanın mərkəzində insanlarla avtoqraf verir və söhbət edirdi. Baş nazirin üzünə qəflətən ağır bir suvenir atıldıqda isə 73 yaşlı siyasətçi hadisəyə reaksiya belə verə bilməyi. Əvvəlcə 40 yaşlı naməlum şəxsin hökumət başçısının üzünə yumruq vurduğu bildirilsə də, sonradan baş nazirə əşya atıldığı məlum olub. Berluskoni iki dişsiz və burnu qırılmış vəziyyətdə xəstəxanaya çatdırılıb. 
 
Gerhard Şröder
 
Almaniya kansleri Gerhard Şröder 2004-cü ilin mayında Avropa Parlamentinə seçkilər üçün kampaniya apardığı Manheim şəhərinin mərkəzində idi. Kansler avtoqraf verərkən 52 yaşlı yerli sakin Şröderin üzünə sillə vurub. O, demək olar ki, dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Mətbuat isə həbsi üçün heç bir əsas tapmadıqları üçün həmin şəxsin sərbəst buraxıldığını yazıb. Maraqlıdır ki, hadisədən sonra Şröder heç nə olmamış kimi çıxışına davam edib. 
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Hamısı