Azərbaycan bu reytinqdə MDB-də liderdir - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycan bu reytinqdə MDB-də liderdir

Siyasət A- A A+
Mülkiyyət hüquqlarının müdafiəsi səviyyəsinə görə ölkələrin qlobal reytinqində (International Property Rights Index, IPRI) Azərbaycan 2022-ci ildə 129 ölkə arasında 60-cı yeri tutub.
 
Ednews  xəbər verir ki, reytinqdə ölkənin balı 5,04 olub.
 
Hesablamaya əsasən balın yüksək olması ölkədə mülkiyyət hüquqlarının yaxşı qorunması hesab olunur. Reytinq 0-10 bal arasında hesablanır. Bu ilə qlobal reytinqin orta balı ötən illə müqayisədə 7,3 % azalaraq 5,19 təşkil edib.
 
MDB ölkələri arasında Azərbaycan Ermənistanı (63-cü yer), Qazaxıstanı (75-ci yer), Rusiyanı (85-ci yer), Moldovanı (95-ci yer), Ukraynanı (105-ci yer) qabaqlayıb. Siyahıda Gürcüstan 72-ci, Türkiyə 81-ci pillədə qərarlaşıb.
 
Azərbaycan hüquqi və siyasi mühit (LP) komponenti üzrə 4,09 bal, fiziki mülkiyyət hüquqları (PPR) komponenti üzrə 6,45 bal, əqli mülkiyyət hüquqları (PPR) komponenti üzrə 4,59 bal toplayıb. Eyni zamanda, bu il ən zəif komponent olan orta qlobal LP balı 5,06 təşkil edib. IPR komponenti üzrə orta bal 5,24, PPR komponenti üzrə orta bal isə 5,27 təşkil edib.
 
Azərbaycan fiziki mülkiyyət hüquqları komponenti üzrə dünyada 32-ci yerdə qərarlaşıb.
 
IPRI reytinqində ilk 3 pilləni Finlandiya, Sinqapur və İsveçrə, sonuncu pilləni isə Venesuela tutub.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...