İranın ədliyyə orqanı rəhbəri Qulamhüseyn Möhsini Ejeyinin sərəncamından sonra etirazlar zamanı həbs edilən 1200 nəfər azadlığa buraxılıb.
Ednews xəbər verir ki, bunu İranın ədliyyə orqanının sözçüsü Məsud Setayişi deyib.
O, etirazlar zamanı 200 nəfərdən çox şəxsin öldüyünü bildirib.
Setayişi etirazlar zamanı qətlə yetirilən “Bəsic” üzvü Ruhullah Əcimyanın işi üzrə 5 nəfər haqqında edam hökmü çıxarıldığını bildirib.
O qeyd edib ki, bu iş üzrə daha 11 nəfər haqqında uzun müddətli həbs qərarı çıxarılıb. Həbsə məhkum olunanlar arasında yeniyetmələr də var.