Vergi Məcəlləsinə dəyişikliklər təsdiqləndi Bir sıra güzəştlər olacaq

Siyasət 12:16 09.12.2022
Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişikliklər layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.  
 
Ednews xəbər verir ki, layihə səsə qoyularaq qəbul edilib.  
 
Layihədə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların vergidən azad olunması və dövlətin təşviq mexanizmləri ilə bağlı məsələlər öz əksini tapıb.
 
Eyni zamanda, şəhid ailələrinin, əhalinin həssas təbəqəsinin gəlirlərinin vergidən azad olunması, aqrar sektorda emal sənayesinin dəstəklənməsi ilə bağlı vergi güzəştləri və təşviq mexanizmləri bu dəyişikliklərdə yer alıb. 
 
Layihəyə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi ilə bağlı vergi yükünün azaldılması, ləğv prosesində olan kredit təşkilatlarının sabit vergi xərclərinin azaldılması, bank hesablarının açılması, bir sıra inzibatçılıq tədbirlərinin təkmilləşdirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması ilə bağlı istiqamətlər üzrə dəyişiklikləri əhatə edən müddəalar daxil edilib. 
 
Sənəddə işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi nəzərdə tutulub. 
 
Məcəlləyə bununla bağlı yeni fəslin əlavə edilməsi təklif olunur. Əlavədə işğaldan azad edilmiş ərazinin rezidentlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilməsi, habelə bu azadolmanın işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilməsi nəzərdə tutulur.  
 
Bununla yanaşı, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilməsi, hüquqi şəxslərin səhmdarlarının dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsi və bir sıra digər güzəştlər təklif olunur. 
 
Layihədə aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə də vergi təşviqlərinin verilməsi ilə bağlı güzəştlər nəzərdə tutulur.
 
Belə ki, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların və hüquqi şəxslərin əldə etdiyi gəlirin 50 faizinin gəlir vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə azad edilməsi təklif olunur. 
 
Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə, o cümlədən kənd təsərrüfatı sahəsində aparılan təşviq siyasətinin davam etdirilməsi, sosial məsuliyyət tədbirlərinin stimullaşdırılması məqsədilə dövlət müəssisələri tərəfindən çəkilən xərclərin vergitutma məqsədləri üçün nəzərə alınması, ölkə daxilində tütün məhsullarının istehsalı sahəsinə dəstək göstərilməsi, vergi ödəyicilərinin maliyyə yükünün azaldılması məqsədilə siyahısı təsdiq edilmiş əsas vəsaitlərin idxalının müddətsiz olaraq ƏDV-dən azad edilməsi  və digər müddəalar da layihəyə daxil edilib. 
 
Ləğv prosesində olan kredit təşkilatlarının sabit vergi xərclərinin azaldılması ilə əlaqədar Vergi Məcəlləsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının əmlak və torpaq vergilərindən azad edilməsi, vergi borclarına faizlərin hesablanmasının dayandırılması və vergi borcu ilə bağlı əmlakının siyahıya alınmaması, habelə ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək aktivlərin təqdim edilməsi, bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin ƏDV-dən azad edilməsi müddətinin 2026-cı il yanvarın 1-dək uzadılması üzrə dəyişikliklər  nəzərdə tutulur. 
 
Sənəddə vergi ödəyicilərinə hesabların açılması ilə bağlı bir sıra inzibatçılıq tədbirlərinin təkmilləşdirilməsinə dair, habelə vergi inzibatçılığı üzrə dəqiqləşdirici və tənzimləyici bir sıra müddəalar, o cümlədən sahibkarlıq subyektləri üçün iqtisadi cəhətdən əlverişsiz olan bəzi mexanizmlərin dəqiqləşdirilməsi və inzibatçılığın sadələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. 
 
Məcəllədə sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılmasına yönəlmiş dəyişikliklər də yer alıb.
 
Belə ki, şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının əmək haqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsi, həmçinin 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarına da əmək haqqı gəliri ilə bağlı güzəştlərin verilməsi, beynəlxalq idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 000 manatadək hissəsinin gəlir vergisindən azad edilməsi və digər güzəştlərlə bağlı dəyişikliklər təklif olunur.
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Hamısı