"30 ildir Naxçıvan Azərbaycandan ayrı düşüb, biz bunu dünyaya humanitar faciə kimi təqdim edə bilməmişik. Ancaq 2-3 gündür Azərbaycan haqlı tələbilə aksiyaya başlayıb, bunu humanitar faciə kimi təqdim edirlər".
Bu sözləri Ednews-a millət vəkili Sabir Rüstəmxanlı bildirib. O, qeyd edib ki, bütün Azərbaycan cəmiyyəti ekofəalların aksiyasını dəstəkləyir:
"Qarabağ Azərbaycanın ərazisidir. Biz öz ərazimizdə bütün təbii sərvətlərə sahib durmalıyıq. Ermənilər atdıqları addımlarla demək istəyirlər ki, müharibə bitməyib. Belə halda Azərbaycan Ordusu öz sözünü deməlidir".
Oğuz Ayvaz