Azərbaycan Ali Məhkəməsinin 100 illiyi ilə əlaqədar yubiley medalı təsis ediləcək.
Ednews xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Layihə səs çoxluğu ilə III oxunuşda qəbul edilib.