BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox rəsmi şəxslərin iştirakı ilə böyük tədbir keçirilib.
Həmçinin yubiley münasibətilə BAMF-ın prezidenti Umud Mirzəyevə müxtəlif dövlət qurumları və tanınmış şəxslər tərəfindən təbrik məktubları ünvanlanıb.
Yubileylə bağlı qurumun rəhbəri Umud Mirzəyevə təbrik məktubu ünvanlayanlardan biri də Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovdur.
Məktubda BAMF Azərbaycan, o cümlədən Qarabağ haqqında obyektiv informasiyaların dünya ictimaiyyətinə çatdırılması, ölkəmizdə müstəqil medianın inkişafı istiqamətində böyük uğurlar qazanmasından danışılıb. Həmçinin Azərbaycanda sosial biznesin inkişafına töhfə vermək məqsədilə UNEC və BAMF-ın birgə yaratdığı Nobel mükafatçısı Məhəmməd Yunus adına Sosial Biznes Mərkəzi bu gün uğurla fəaliyyət göstərərək sosial biznesin inkişafına öz töhfələrini verməsini vurğulanıb. Professor Ədalət Muradov BAMF-ın hazırda ölkəmizdə nüfuzlu, həmçinin beynəlxalq təşkilatların hesablaşdığı və əməkdaşlıq etdiyi bir quruma çevrilməsini qeyd edib.
Təbrik məktubunu təqdim edirik: