Milli Məclisin bu gün keçirilən plenar iclasında Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi müzakirəyə çıxarılıb.
Ednews xəbər verir ki, onun namizədliyi parlamentin sədri Sahibə Qafarovanın təqdimatı ilə irəli sürülüb.
Vüqar İbrahimovun auditor təyin olunması ilə bağlı layihə səs çoxluğu ilə qəbul edilib.
Qeyd edək ki, V.İbrahimov 2007-ci ildən Hesablama Palatasında çalışır, hazırda qurumun aparat rəhbəridir.