Etirazçılardan İrana son FÜRSƏT ŞƏRH

Siyasət 14:30 17.01.2023

İranda molla rejiminə qarşı etirazlar, aksiyalar davam etməkdədir. Rejimə qarşı sanksiyaların tətbiqi də davam etdirilir. 

Güney Azərbaycan Milli Müqavimət Cəbhəsi Cənubi Azərbaycanın bütün şəhərlərində divarlara posterlər yapışdırmağa başlayıb. Şair, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruzun Ednews-a verdiyi açıqlamaya görə, etirazçılar İran dövlətinə son fürsəti verib. 

“Azərbaycan dili, Urmiya gölünün qurudulması və s. məsələlərlə bağlı. Əgər son fürsətdə İran dövləti Azərbaycan xalqının maraqlarını təmin etməsə, Cənubi Azərbaycanda kütləvi şəkildə etirazlara start veriləcək”.

İranşünas mütəxəssis Vidadi Mustafayev isə bildirdi ki, etirazların müsbət nəticə verməsi üçün müxalifət qüvvələri birləşməli idi.

“Yalnız posterlə hökumətə təsir etmək mümkün deyil. Güneylilər bu prosesdə zəif iştirak edirlər. Çox iş görmək lazımdır. Aylardır ki, insanlar küçələrdə etirazlar edirlər, nəyəsə nail ola bilmirlər. Bir posterlə nəyəsə nail olunacağına inanmıram. Amma hər halda, Cənubi Azərbaycanda baş verən istənilən milli hərəkata dəstək vermək lazımdır. Əsas dəstəkdir. İranda farslarla azərbaycanlıların dialoqu tutmadı. Etirazların müsbət nəticə verməsi üçün müxalifət qüvvələri birləşməli idi. Milli məsələdə onlar birləşmədi. Milli azlıqların tələbləri, ehtiyacları nəzərə alınmır. Ona görə milli rayonlar bir tələb irəli sürürlər, mərkəzi rayonlar isə başqa tələb irəli sürürlər. Zahirən spontan bir şey görünür. Yenə deyirəm cənubi azərbaycanlıların fəaliyyəti heç görünmür. Təbrizdə, Ərdəbildə bir-iki dəfə etiraz aksiyası oldu. Əgər İran mediasına inansaq, hazırda orada tam sakitlikdir”.

Ekspert İranda son günlər baş verənləri ümumi belə səciyyələndirib: 

“Dövlət mediasında etirazlar bitib, ancaq həbs olunanlardan, məhkəmələrdən danışırlar. Amma xarici mediada etirazlar hələ də davam edir. Bu ikisini birləşdirəndə inqilabın bitdiyini demək olmur. Zəifdir, amma davam edir”. 

Oğuz Ayvaz  

 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Hamısı