Azərbaycana səfər edən Britaniyalı ekspert: “Rusiya Qarabağda sabitliyin təmin olunmasında maraqlı deyil”

Siyasət 15:30 17.01.2023

Britaniya və ABŞ-ın strateji analitik mərkəzlərində post-sovet regionu üzrə tanınmış ekspert Taras Kuzio Azərbaycana səfər edib.

Səfər zamanı Taras Kuzio ölkəmizdə bir sıra media qurumları və analitik mərkəzlərin nümayindələri ilə görüşüb, eyni zamanda o, işğaldan azad olunan Şuşa şəhərinə səfər edərək Laçın-Xankəndi yolunda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı bir aydan çox davam edən eko-aktivistlərin nümayişlərini müşayiət edib.

Bu gün Şuşadan Bakıya qayıdan britaniyalı ekspert Ednews-un əməkdaşı ilə görüşüb. Görüş çərçivəsində o, Cənubi Qafqazda hazırki geosiyasi proseslər, xüsusilə Azərbaycan-Ermənistan sülh prosesində həlledici strateji məqamlarla bağlı saytımızla öz fikirlərini bölüşüb.

İlk növbədə T.Kuzio hər iki tərəf arasında sülh prosesində vasitəçilik missiyasını yerinə yetirən Moskva və Brüssel formatının əhəmiyyətindən söz açıb.

“Azərbaycan-Ermənistan sülh prosesində iki əsas potensial format var. Biri Moskva, digəri isə Brüsel formatıdır. Burada üçüncü bir format yoxdur. Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-nin Minsk qrupu artıq tarixə qovuşub. Bunun səbəblərdən biri Fransanın bu münaqişədə obyektiv mövqe sərgiləməməsi və Ermənistanın yanında yer almasıdır. O ki qaldı sülh prosesində Moskva, yoxsa Brüssel formatının daha münasib və sərfəli olması ehtimalına, sizə deyim ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında və bu istiqamətdə nəticəyönümlü danışıqların aparılmasında daha maraqlıdır. Bunun üçün Brüssel, hətta yol xəritəsi də hazırlayır. İttifaqın xarici siyasətində heç vaxt tərəfli mövqeyə üstünlük verilməyib. Brüssel Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olunması üçün əlindən gələni etməyə hazırdır”.

Taras Kuzionun sözlərinə görə, Rusiya Aİ-nın Azərbaycan və Ermənistan arasında sülh prosesində addımlarından narahatlıq keçirir.

“Moskva Cənubi Qafqazda münaqişələri dondurmaqla və sülhə yönələn addımlara əngəl törətməklə regionda geosiyasi təsirini və imperalist gücünü qorumağa üstünlük verir. Azərbaycanın Qarabağ ərazisində, hətta Gürcüstanın Cənubi Osetiya və Moldovanın Dnestryanı bölgələrində yerləşən rus sülhməramlıları sülhdən daha çox Rusiyanın hərbi-siyasi məqsədlərinə xidmət edirlər. İstər Boris Yeltsin, istərsə də Vladimir Putin dövründə Kreml hər zaman post-sovet regionunda BMT-nin sülhməramlılarının yerləşməsinə qarşı çıxıbdır. Rusiya Qarabağda sabitliyin təmin olunmasında maraqlı deyil, çünki iki xalq arasında problemlərin həll olunduğu təqdirdə bölgədə rus sülhməramlılarına ehtiyac qalmayacaq. Rusiyanın bu siyasətinə Moldova və Gürgüstanda da şahidi olmuşuq. Azərbaycanı və Ermənistanı bir-birinə qarşı qoymaq üçün Moskvaya münaqişə hələ də lazımdır”.

Ekspert, həmçinin Qarabağda Vardanyan faktoruna da münasibət bidirib.

“Kremlin Qarabağda Vardanyan layihəsi onun vaxtı ilə Gürcüstanda həyata keçirdiyi İvanişvili layihəsinə bənzəyir. 2008-ci ildə Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrini işğal etdikdən sonra Kremldə bəzi dairələr hesab edirdilər ki, Saakaşvili hakimiyyəti tezliklə xalq tərəfindən devriləcək. Amma onların bu arzusu ürəklərində qaldı. Bundan sonra isə 2011-ci ildə Gürcüstanda seçkilər ərəfəsində Rusiyanın tanınmış oliqarxı, Binzida İvanişvili layihəsini irəli sürdülər. Əsas məqsəd bu ölkədə hakimiyyəti ələ almaq idi. Vardanyan da elə həmin ünsürdür. Vardanyanın planında Qarabağda hakimiyəti ələ almaqla Rusiyanın bu bölgə üzərində geosiyasi təsirini qorumaq, ən əsası isə Brüsselin regionda sülh təşəbbüslərini alt-üst etməkdir”. 

2025-ci ildə rus sülhməramlıların Qarabağı tərk edəcəyi və ya etməyəcəyi ilə bağlı suala gəlincə isə ekspert vurğulayıb ki, Rusiyanın Ukraynada ağır məğlubiyyəti bu prosesin baş verməsinə yol aça bilər.

“Azərbaycan rus sülhməramlılarının bölgəni tərk etməsində maraqlıdır. Bunu Prezident İlham Əliyev öz bəyanatında da təsdiqləyib. Amma Ermənistanın siyasi mühitində bu belə görsənmir. Ermənistan hakimiyyəti və bu ölkənin siyasi dairələri boş xəyallara dalaraq rus sülhməramlılarının Qarabağda daimi qalmasını istəyirlər. Onlar düşünürlər ki, rus hərbiçiləri bölgəni tərk edərlərsə, guya ki, Qarabağ erməniləri müdafiəsiz qalacaq”.

Sonda T.Kuzio Vaşinqtonun yaxın gələcəkdə Azərbaycan-Ermənistan sülh prosesinə qatılacağı ehtimalına bu cür münasibət bildirib. 

“ABŞ-ın diqqəti Çinlə münasibətlərə, Cənubi-Şərqi Asiyada siyasi vəziyyətə, o cümlədən Ukrayna müharibəsinə yönəlib. Vaşinqton yalnız Brüsselin formatını dəstəkləyir. Eyni zamanda bu məsələdə ABŞ-da erməni lobbisini və Bayden administrasiyasının anti-Türkiyə siyasətini nəzərə almaq lazımdır”. 

Yunis Abdullayev  

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Hamısı