Laçın yolunda aksiyanı kanadalı jurnalist və gürcüstanlı bloger müşahidə ediblər.
Ednews trend.az-a istinadən xəbər verir ki, Laçın yolunun Şuşa şəhər ərazisindən keçən hissəsində keçirilən aksiyanı xarici KİV nümayəndələri və tanınmış bloger müşahidə ediblər.
Belə ki, kanadalı jurnalist Deyv Qordon və gürcüstanlı bloger Tamuna Mumladze (Tako) aksiyanın keçirilmə səbəbləri baradə məlumat əldə edib, çəklişlər aparıblar.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın yolunda təşkil etdikləri etiraz aksiyası 38 gündür davam edir.