Azərbaycanın İrandakı səfirliyinə hücumda həlak olan əməkdaşa - ŞƏHİD STATUSU VERİLDİ - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycanın İrandakı səfirliyinə hücumda həlak olan əməkdaşa - ŞƏHİD STATUSU VERİLDİ

Siyasət A- A A+
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu dəf edərkən həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərova şəhid statusu verilib.
 
Ednews xəbər verir ki, bu barədə Azərbaycan XİN-in məlumatında bildirilib.
 
MÖVZU İLƏ BAĞLI:
 
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı Rəsmi Bakının AÇIQLAMASI 
 
 
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb. 
 
Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...