İrandakı səfirliyimizə silahlı hücum edən şəxsin kimliyi - BƏLLİ OLDU - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

İrandakı səfirliyimizə silahlı hücum edən şəxsin kimliyi - BƏLLİ OLDU

Siyasət A- A A+
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən şəxsin kimliyi bəlli olub. 
 
Ednews bizim.media-ya istinadən  xəbər verir ki, teleqram kanallarında yayılan məlumatda bildirilir ki, hücumu edən şəxs İran vətəndaşı Yasin Hüseynzadə olub. 
 
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb.
 
Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
 
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...