Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyirik - İsveç XİN - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyirik - İsveç XİN

Siyasət A- A A+

Azərbaycanın Tehrandakı səfirliyinə bugünkü qəddar hücumu pisləyirik.

Ednews xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin Tvitterində bildirilib.

“Mərhumun ailəsinə başsağlığı veririk və yaralananların tezliklə sağalmasını diləyirik. Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına hücumlar qəbuledilməzdir”, - deyə qeyd olunub.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...