BQXK-nın 7 avtomobili Xankəndidən Laçın istiqamətinə keçdi - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

BQXK-nın 7 avtomobili Xankəndidən Laçın istiqamətinə keçdi

Siyasət A- A A+
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
 
Ednews xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
 
Belə ki, 6 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.
 
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
 
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 49 gündür davam edir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...