Ordumuzun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib - FOTOLAR - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Ordumuzun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib - FOTOLAR

Siyasət A- A A+
Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.
 
Ednews xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
 
Qeyd olunub ki, sonra hər iki ölkənin tank diviziyası və mexanikləşdirilmiş piyada diviziyasının iştirakı ilə hücum tapşırığı yerinə yetirilib.
 
Məlumata görə, təlimlər zamnaı müxtəlif növ mərmilərdən istifadə olunub.
 
Qeyd edək ki, 17 ölkədən 1758 nəfərin iştirak etdiyi təlimlərdə həmçinin 651 nəqliyyat və 28 müxtəlif növdə 865 silahdan istifadə olunur. Hazırlıqlar mənfi 17 dərəcə hava şəraitində keçirilir.
1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...