Azərbaycan və Rumıniya enerji sahəsində TƏRƏFDAŞLIQ EDƏCƏK - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycan və Rumıniya enerji sahəsində TƏRƏFDAŞLIQ EDƏCƏK

Siyasət A- A A+

“Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik”. 

Ednews xəbər verir ki, bunu Prezident İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə fevralın 2-də keçirilən geniş tərkibdə görüşü zamanı bildirib. 

Ölkə başçısı qeyd edib ki, birgə iqtisadi komissiya ötən il görüşüb və bu il də görüşəcək:

“Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...