"Türkiyə üçün humanitar yardım göndərən insanlardan ikinci əl, yəni geyinilmiş paltarlar göndərməməyi xahiş edirik".
Ednews xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin məlumatında bildirilir.
"Ölkədə güclü zəlzələ nəticəsində yaranmış humanitar böhran səbəbindən məsələyə daha həssas yanaşırıq. Yarana biləcək hər hansı virus və ya xəstəliyin yayılmaması üçün profilaktiki olaraq bu addımı atırıq" - , deyə diplomatik nümayəndəlikdən bildirilib.