Müharibə cinayətlərinə görə ölüm cəzasının ləğvi hansısa fəsadlara yol aça bilər? ŞƏRH

Siyasət 13:30 08.02.2023

Xəbər verdiyimiz kimi, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılova Avropa İnsan Hüquqları Konvensiyasının 13 nömrəli protokolunu imzalamaq səlahiyyəti verilib. Yada salaq ki, 2023-cü ildə ölkəmizdə ölüm cəzasının ləğv olunmasının 25-ci ildönümü qeyd edilir. 1993-cü ildən Azərbaycanda ölüm cəzasının icrası dayandırılıb, 1998-ci ildə isə cəza müharibə dövründə törədilmiş müharibə cinayətlərinə görə tətbiq imkanı saxlanmaqla ləğv edilib.

1993-cü ildən ölüm cəzasının icrasına moratorium tətbiq olunmuş, əfv və amnistiya institutları bərpa edilmiş, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində mühüm addımlar atılmışdır. Azərbaycan Şərq aləmində ölüm cəzasını ləğv edən ilk ölkə kimi də tarixə düşüb.

Ölüm cəzasının tamamilə, o cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə qadağan edilməsi istiqamətində beynəlxalq səviyyədə göstərilən səyləri nəzərə alaraq, 13 nömrəli protokolun Azərbaycan Respublikası adından imzalanması ilə bağlı müvafiq tapşırıqlar verilib.

13 nömrəli protokolun imzalanması ölüm cəzasının tamamilə ləğvi demək olacaq. Azərbaycan bunu beynəlxalq təşkilatlar qarşısında öhdəliklərə görə, yoxsa yalnız humanizm prinsiplərinə görə edir? Müharibə cinayətlərinə görə ölüm cəzasının ləğvi hansısa fəsadlara yol aça bilərmi?  

Bu barədə Ednews-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, Azərbaycan Prezidentinin sərəncamından sonra Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov açıqlama verərək 13 nömrəli protokol haqqında cəmiyyətə məlumat verib:

 “Təbii ki, hüquqşünaslar, Avropa Şurası ilə işləyən hüquq müdafiəçiləri bu protokolun nə olduğunu bilirdi. Amma ölkənin böyük əksəriyyəti nəyin nəzərə tutulduğundan xəbərsizdir. Fuad müəllimin açıqlaması ilə cəmiyyətə tam aydın oldu ki, məsələnin mahiyyətində Azərbaycan dövlətinin daha bir humanist atması dayanır. Azərbaycan ölüm cəzasını ləğv etdiyi son 25 il müddətində torpaqlarımız işğal altındaydı, hər an böyük müharibənin alovlanması ehtimalı var idi, lakin Azərbaycan humanist addım atmışdı, eyni zamanda müharibə dövründə törədilən bəzi cinayətlərə görə ölüm cəzasını istisna hal kimi saxlamışdı. Bu, çox düzgün seçim idi. Bununla belə, 25 il ərzində bir dənə də olsun ölüm cəzası hökmü məhkəmələrimiz tərəfindən çıxarılmayıb. İndi cəmiyyətimiz fikirləşə bilər ki, müharibə cinayətləri törətmiş şəxslərə qarşı humanizm nümayiş etdirilməsi nə qədər doğrudur? Qeyd edim ki, bu, Azərbaycan dövlətinin, onun Prezidentinin həm humanizm prinsiplərini üstün tutması kimi başa düşülməlidir, həm də Azərbaycanın Avropa institutları qarşısında üzərinə götürdüyü icrası ilə bağlıdır. Amma bu iki yanaşmada daha çox hansına üstünlük verə bilərik? Hesab edirəm ki, Azərbaycan-Ermənistan müharibəsi başa çatsa da təhlükə hələ də qalır, ermənilərin revanş hissi ilə yaşamaları onu göstərir ki, müharibə təhlükəsi qalır. Ona görə də suala belə cavab vermək olar ki, Azərbaycan və onun rəhbəri humanizm prinsiplərini daha çox əsas götürür”.

Ekspert hesab edir ki, 13 nömrəli Protokolun imzalanaraq qəbul edilməsi heç bir fəsada yol açmayacaq: 

“Azərbaycan bu addımı atarkən hər şeyi şübhəsiz ki, ölçüb-biçib və sonra qərar verib. Müharibə cinayətlərinə görə ölüm cəzasının ləğvinin fəsadlara yol açmayacağına əminlik olduğu üçün Azərbaycan tərəfi məlum addımı atıb”. 

Oğuz Ayvaz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Hamısı