Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi

Siyasət A- A A+
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
 
Ednews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Kahramanmaraşda Azərbaycan xilasedicilərinin axtarış-xilasetmə işləri ilə tanış olarkən deyib.
 
O daha sonra bildirilb: 
 
"İlham Əliyev qardaşımla da telefonla danışdım. Biz necə Qarabağ müharibəsində qardaşlarımızın yanında olduqsa, Türkiyədəki fəlakətdə də İlham qardaşım bütün komandası ilə bizim yanımızda yer aldı.
 
Şəxsən öz adımdan başda İlham Əliyev olmaqla burada çalışan heyətə təşəkkür edirəm. Azərbaycanlı qardaşlarıma çox təşəkkür edirəm".
 
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...