Laçın və ətraf ərazilərdə 1400 əmlak siyahıya alınıb - RƏSMİ - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Laçın və ətraf ərazilərdə 1400 əmlak siyahıya alınıb - RƏSMİ

Siyasət A- A A+
“2022-ci ildə Laçın şəhəri və ərtaf ərazilərdə 1400 əmlak siyahıya alınıb. 14 min daşınmaz əmlakın ilkin invertarlaşdırılması aparılıb”.
 
Ednews xəbər verir ki, bunu 2022-ci ilin yekunları ilə bağlı mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.
 
O bildirib ki, Qarabağ Rəqəmsal Geoinformasiya sisteminə topoqrafik xəritələr üzərindən rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın tikilinin 145 minə yaxını təsbit edilib və sistemə daxil edilib: 
 
"İşğaldan azad edilmiş ərazilərdə 1991-ci ilə qədər mövcud olmuş daşınmaz əmlak obyektlərinə dair 14 minə yaxın arxiv qovluğu araşdırılıb, 25 minə yaxın sənəd aşkar edilərək sistemə daxil edilib".
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...