Ermənilər Azərbaycanın ABŞ-dakı səfirliyi önündə təxribata əl atıblar.
Ednews xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Twitter-də yazıb.
"Ermənilər Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz qalan azərbaycanlı uşaqların, qadınların və qocaların vəhşicəsinə qətlə yetirilməsini mahnılarla qeyd ediblər. Bu necə mentalitetdir?!", - diplomat bildirib.