Prezident İlham Əliyev Kubanın vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Siyasət 19:42 28.02.2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ednews xəbər verir ki, Prezident İlham Əliyev 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən zirvə görüşündə Kuba Prezidentinin iştirakını məmnunluqla xatırladı, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinə göstərdiyi dəstəyə görə Kuba tərəfinə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini bundan sonra da davam etdirəcəyini və ölkəmizin bu Hərəkatın beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışdığını vurğuladı və dedi ki, dünyada postkovid dövrü ilə bağlı geniş müzakirələrə ehtiyac var. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bu il başa çatacaq və Azərbaycan 4 il ərzində sədr ölkə olaraq yaxşı irs qoyub. Dövlətimizin başçısı bu xüsusda təşkilatın təsisatlanması, onun parlament və gənclər şəbəkəsinin yaradılması və digər təşəbbüslərimizi qeyd etdi. Əməkdaşlığımızın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirən Prezident İlham Əliyev bunun səhiyyə sahəsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı, həmçinin turizm, təhsil, kənd təsərrüfatı, mədəniyyət, əczaçılıq kimi sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların olduğunu dedi. Ölkələrimizin ənənəvi dostluq münasibətlərini, beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında sıx əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı pandemiya dövründə kubalı həkim və tibb işçilərinin Azərbaycanda fəaliyyətinin yüksək qiymətləndirildiyini dedi, bu amilin ikitərəfli əlaqələrimizin inkişafına əsaslı töhfə verdiyini vurğuladı. Kubanın vitse-prezidentinin səfərinin münasibətlərimizin genişdirilməsinə əlavə təkan verəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycana səfərin onda xoş təəssüratla yadda qalacağına əminliyini ifadə etdi. Qoşulmama Hərəkatının Covid 19-a qarşı mübarizə üzrə Təmas Qrupunun zirvə görüşündə iştiraka dəvətə və qəbula görə minnətdarlığını bildirən Salvador Antonio Valdes Mesa ilk növbədə Kuba Prezidenti Migel Dias-Kanel Bermudesin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kuba Prezidentinə çatdırmağı xahiş etdi və onunla görüşünü məmnunluqla xatırladığını bildirdi. Qonaq ənənəvi dostluq münasibətlərimizin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Fidel Kastronun mühüm rol oynadıqlarını qeyd etdi. O, bu il Ulu Öndərin anadan olmasının 100 illiyinin qeyd edildiyini xüsusi vurğuladı. Salvador Antonio Valdes Mesa ölkələrimiz arasında münasibətlərin daha da inkişafında Kuba tərəfinin də ciddi siyasi iradəsinin olduğunu dedi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin Covid 19-a qarşı mübarizə kimi çətin bir dövrə təsadüf etdiyini, lakin ölkəmizin təşkilata çox fəal və uğurlu sədrliyini davam etdirdiyini deyən qonaq Qoşulmama Hərəkatının inkişafı üçün ölkəmizin böyük işlər gördüyünü, təşkilata üzv dövlətlərə dəstəyini əsirgəmədiyini xüsusi vurğuladı və buna görə təşəkkürünü bildirdi. Kubanın vitse-prezidenti dedi ki, beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz arasında sıx əlaqələr mövcuddur və Kubanın G77-nin sədri qismində əməkdaşlığımızı dərinləşdirmək və bu iki təsisat arasında münasibətlərin inkişafında maraqlı olduğunu, Cənub-Cənub əməkdaşlığının dərinləşməsi üçün çalışdığını qeyd etdi. Qonaq ölkəsinin illər ərzində blokadaya məruz qaldığını, amma Kuba xalqının mübarizə və azadlıq əzminin tükənmədiyini vurğuladı, BMT Baş Assambleyasında Kuba ilə əlaqədar təqdim olunan qətnamələrə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Azərbaycan və Kuba xalqlarının azadlıq uğrunda mübarizlik əzmlərinin oxşar cəhətlərdən olduğunu qeyd etdi, xalqımızın işğal və təcavüzlə heç zaman barışmadığını, öz torpaqlarımızı 30 ilə yaxın davam edən işğaldan azad etdiyimizi diqqətə çatdırdı. Prezident İlham Əliyev dedi ki, Kuba xalqı dünyaya sübut etdi ki, azadlıq uğrunda mübarizədə bütün məhrumiyyətlərə dözüb və bizim Qələbəmizdə də Kuba xalqında olduğu kimi, mübarizlik hissi mühüm rol oynayıb. Bu oxşarlıq isə xalqlarımızı bir birinə daha da bağlayır.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Hamısı