Olaf Şolts: “Almaniya Dağlıq Qarabağı respublika kimi tanımamaqla beynəlxalq səviyyədə fikrini bildirib” - ednews.net

27 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Olaf Şolts: “Almaniya Dağlıq Qarabağı respublika kimi tanımamaqla beynəlxalq səviyyədə fikrini bildirib”

Siyasət A- A A+

“Cənab Əliyev və mən eyni fikirdəyik ki, bu münaqişə tez bir zamanda öz həllini tapmalıdır”. 

Ednews xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib. 

“Azərbaycan və Almaniya Avropa Şurasının üzvüdür. Biz bu üzvlüklə üzərimizə öhdəlik götürmüşük ki, insanların hüquqları, demokratiya qorunsun, hüquqi dövlətçilik qorunsun. Biz belə düşünürük ki, demokratiyanın ayrılmaz bir hissəsi canlı mülki cəmiyyətdir. Çünki canlı mülki cəmiyyətdən hər bir cəmiyyət ancaq faydalana bilər”, - deyə Olaf Şolts qeyd edib. 

Şolts həmçinin Dağlıq Qarabağ məsələsi ilə bağlı Almaniyanın mövqeyini də xatırladıb:

“Beynəlxalq səviyyədə Almaniya öz fikrini bildirdi və Dağlıq Qarabağı respublika kimi tanımadı. Yəni, bununla da öz mövqeyini bildirmiş oldu”. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...