Qazaxıstan Özbəkistanla sərhədin demarkasiyasına dair sazişi ratifikasiya edib - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Qazaxıstan Özbəkistanla sərhədin demarkasiyasına dair sazişi ratifikasiya edib

Siyasət A- A A+
Qazaxıstan hökuməti Özbəkistanla dövlət sərhədinin demarkasiyasına dair sazişi ratifikasiya edib.
 
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, müvafiq qanunu ölkə Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
 
Qeyd edək ki, Qazaxıstan-Özbəkistan dövlət sərhədinin demarkasiyası haqqında saziş ötən ilin dekabr ayında Daşkənddə imzalanıb.
 
Sazişə əsasən, dövlət sərhədinin başlanğıc nöqtəsi Qazaxıstan, Özbəkistan və Qırğızıstan dövlət sərhədlərinin qovşağı, sərhəd xəttinin son nöqtəsi isə Qazaxıstan, Özbəkistan və Türkmənistan sərhədlərinin qovşağıdır.
 
Müqavilə dövlət sərhədinin demarkasiya edilmiş xəttinin yerdə sərhəd nişanları ilə işarələnməsini nəzərdə tutur. 
 
Oğuz 
 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...