“Xocalıda da sərhəd-keçid məntəqəsi quracağıq” Politoloqdan ŞƏRH

Siyasət 11:15 24.04.2023

Xəbər verdiyimiz kimi, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsini quraşdırması Cənubi Qafqazda vəziyyəti dəyişməsinə necə təsir edir?

Bu barədə Ednews-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy şərh bildirib. Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın ərazi bütövlüyü və Qarabağın reinteqrasiya prosesini yeni mərhələyə daşımaq mahiyyəti daşıyır. 

“Son iki ildə bu ən çox gözlənilən hadisə idi. Müharibənin ilk həftəsində demişdim ki, nəticə belə olacaq. Bu, Azərbaycanın ərazi bütövlüyünü, suveren hüquqlarını tam təmin etməsinin növbəti mərhələsidir. 10 noyabr bəyannaməsinə qədər Azərbaycan məsələni hərbi, daha sonra isə diplomatik yolla həll etməyə çalışıb. Laçın, Kəlbəcər, Ağdamda nəzarəti ələ aldıq. Proses davam edir. Azərbaycan digər ərazilərdə də nəzarəti təmin edəcək. Sərsəng su anbarına nəzarətin ələ keçirilməsi üçün addımlar atılacaq. Xatırladım ki, monitorinq qrupunun səfərindən sonra sabotaj edildiyi üçün proses dayandırıldı. Bir neçə gün öncə Sərsəng su anbarında təmir işləri ilə əlaqədar müəyyən məsələlər gündəmə gəlmişdi”. 

Politoloq qeyd etdi ki, növbəti mərhələdə bütün Azərbaycan üçün əhəmiyyətli, suverenliyin təmin olunması üçün zəruri olan hərbi, strateji mahiyyətli yüksəkliklərə nəzarət təmin ediləcək. 

“Həm mənəvi, həm hüquqi, həm də inzibati baxımdan kritik nöqtələrdən biri Xocalıdır. Hesab edirəm ki, ilk növbədə aeroport nəzarətə götürüləcək. Aeroportun fəaliyyət göstərməsi ruslar üçün də əlverişlidir, çünki sülhməramlıların hava yolundan istifadə etməsi daha rahat olacaq. Xocalı aeroportu Azərbaycanın nəzarətində olsa, uçuşlara icazə veriləcək. Xocalıda da sərhəd-keçid məntəqəsi quracağıq. Rus sülhməramlıları üçün humanitar yardımlar buradan keçəcək. Sonrakı mərhələdə orada yerləşdirilmiş ermənilərin ərazini tərk etməsi, yaxud Azərbaycanın qəbul edəcəyi yeni modellər gündəmə gələcək. Bu proses Xankəndində Azərbaycan bayrağının dalğalanması, azərbaycanlıların qayıtmasına qədər davam edəcək. Bunun üçün isə psixoloji, texniki, diplomatik mühitin hazırlanmasına ehtiyac var”.

Oğuz

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Hamısı