Paşinyandan növbəti TƏXRİBAT İşğalda kəndlərimiz var

Siyasət 11:21 08.05.2023

Ermənistan baş naziri Nikol Paşinyan “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində bildirib ki, “Bizim də işğal olunmuş kəndlərimiz var, Azərbaycan onları qaytarmağa hazırdırsa, biz də hazırıq”.

Paşinyanın bu çıxışı nəyə hesablanıb?

Politoloq Qafar Çaxmaqlı Ednews-a açıqlamasında deyib ki, Paşinyanın müsahibəsi Ermənistanın yeni mövqeyidir, amma əvvəlkilərdən fərqlənmir.

Politoloq bildirib ki, Ermənistan növbəti dəfə sülh prosesini uzatmaq üçün cəhdlər edir:

“Paşinyanın Azərbaycanın işğal altındakı Kərki və Qazaxın 7 kəndinin geri verilməsi ilə bağlı növbəti manipulyasiyası Ermənistanın özündə də tənqid olunur. “Verməyəcəksən, zorla alacaqlar” deyirlər. Sərhədlərin müəyyənləşməsi Ermənistanın günahı üzündən baş tutmur. Qarşı tərəf iddia edir ki, Azərbaycan Ermənistan ərazilərinin bir hissəsini guya işğal edib, nəzarət edir və bu halda həmin tədbirləri həyata keçirmək mümkün deyil. İki ölkə arasında sərhədlər müəyyənləşməyibsə, hansı ərazi zolağının kimin olduğunu təyin etmək mümkün deyil. Hələ ki, demarkasiya və delimitasiya tədbirləri hansı illərin xəritələri ilə aparılacağı məlum deyil.  Ermənistan 1991-ci ildə qəbul olunmuş Almatı bəyannaməsini əsas götürməyi təklif edir. Amma dövlətlərin yenidən öz müstəqilliyini elan edərkən tarixin bəlli dövrlərində mövcud olmuş xəritələr də gündəmə gətirilməlidir. AXC-nin varisi olan Azərbaycan Respublikası 1918-ci ildə mövcud olmuş əraziləri tələb edə bilər. O zaman Azərbaycanın ərazisi 114 min, Ermənistanın isə 9 min kvadratkilometr olub. SSRİ zamanında olan administrativ sərhədlərə baxıldıqda da Paşinyanın tez-tez iddia etdiyi 29,8 min kvadratkilometrlik əraziyə iddia etməsi absurddur. Qazaxın 7 və Naxçıvanın Kərki kəndi isə 90-cı illərin işğalıdır və bu kəndlərin qaytarılmasının alternativi yoxdur. Paşinyanın “Azadlıq” radiosuna müsahibəsində adını çəkdiyi kəndləri işğal altında olan kəndlərlə müqayisə etmək olmaz”.

Politoloq xatırladıb ki, daha öncələr Gədəbəyin Başkənd kəndindən bəhs edilirdi və məsələyə bu kəndi uyğun Azərbaycan kəndi (məsələn, Kərki ilə) ilə dəyişdirmək məntiqiylə yanaşılırdı:

“İndi Paşinyanın heç vaxt gündəmdə olmayan yeni kəndlərdən danışması sülhə gedən yolun qarşısını kəsmək üçün edilən bəhanədir. Sülh müqaviləsinə gəlincə, Azərbaycan bir ildən artıqdır ki, müqavilənin layihəsini Ermənistana verib və 5 maddədən ibarət təkliflər də Ermənistan tərəfindən müəyyən redaktələrlə qəbul edilmişdi. İndi ehtimal ki, bu maddələr üzərində işlənilir. ABŞ görüşlərindən sonra bu danışıqların davam etdirilməsi ilə bağlı siyasi iradə işini görməlidir.

Ermənistan ABŞ-ın bu məsələdə təşəbbüsü ələ almasından narahatdır, çünki bu illər ərzində onlar Rusiyanın dediyi ilə oturub-durub. Bu müzakirələrin Kişinyovda, daha sonra Moskvada danışıqların davam etdirilməsi gözlənilir. Ermənistan açıq şəkildə prosesin uzadılmasına çalışır. Məqsədi də bəllidir. Sülh danışıqlarına Qarabağ ermənilərinin onların deyimi ilə “öz müqəddəratını təyinetmə” və təhlükəsizlik məsələsini də daxil etmək istəyirlər. Amma bu, qəbuledilməzdir. Çünki Qarabağ məsələsi artıq yoxdur, oradakı əhalinin məsələsi varsa belə, Azərbaycanın daxili işidir və son görüşlərdə Amerika da bunu anlayışla qarşılayıb. Paşinyanın yenidən kəndlər və sərhədlərdə təmas xətlərinin harada qurulacağı ilə bağlı dedikləri əsas prosesdən yayınmaq cəhdləridir”.

Oğuz

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin olunan Müşfiq Məmmədov KİMDİR? – DOSYE
11:55 13.05.2024
Bu ölkələrin rəsmiləri İlham Əliyevin QƏBULUNDA
11:53 13.05.2024
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI
11:50 13.05.2024
Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? – AÇIQLAMA
11:40 13.05.2024
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ
11:20 13.05.2024
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
11:15 13.05.2024
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
11:00 13.05.2024
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
10:52 13.05.2024
Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib
10:50 13.05.2024
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib
10:47 13.05.2024
Hamısı