Paşinyan Ərdoğanı təbrik etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
 
Ednews xəbər verir ki, bu barədə Ermənistan lideri özünün Tvitter səhifəsində yazıb.
 
Təbrikdə deyilir: “Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. Mən ölkələrimiz arasında münasibətlərin tam normallaşması üçün birgə işimizi davam etdirməyi səbirsizliklə gözləyirəm”.