Böyük Britaniya Baş nazirinin Ticarət Elçisi Baronessa Nikolson Azərbaycana səfərə gəlir.
Ednews xəbər verir ki, bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Ticarət Elçisi Bakı Enerji Həftəsində iştirak etmək və Böyük Britaniyanın Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsinə sadiqliyini vurğulamaq üçün bu gün Azərbaycana rəsmi dördgünlük səfər edəcək.
Səfər zamanı Baronessa Nikolson Azərbaycanın enerji bazarı imkanlarını və enerji keçidini müzakirə etmək üçün Baku Connect Event-də iştirak edəcək. O, həmçinin Bakı Enerji Həftəsi və Bakı Enerji Forumunda iştirak edəcək.