Ərdoğan yeni hökumətin ilk iclasının tarixini AÇIQLADI

Xəbər verdiyimiz kimi, Ankarada “Külliye” Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilir.  
 
Ednews xəbər verir ki, mərasimdə çıxış edən Ərdoğan yeni hökumətin ilk iclasının keçiriləcəyi tarixi açıqlayıb. 
 
O bildirib ki, gələn həftənin ikinci günü yeni hökumətin birinci iclası keçiriləcək. 
 
Ərdoğan mərasimdə yeni kabinetin tərkibini açıqlayacaq. 
 
Qeyd edək ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edir.