İran-Səudiyyə münasibətlərində yenidən gərginlik SƏBƏBLƏR

Siyasət 13:00 17.07.2023
İran və Səudiyyə Ərəbistanı bir müddət əvvəl Çinin vasitəçiliyi ilə barışmışdı. Pekin bu iki dövlət barışdırmaq üçün xeyli əziyyət çəkdi. İran və Səudiyyə təmsilçiləri aylarla Çində danışıqlar apardılar. Nəticədə iki ölkə arasında diplomatik əlaqələr bərpa olundu, səfirliklər yenidən fəaliyyətə başladı. Ancaq Tehran normallaşan gedişatı yenidən pozdu.
 
Ednews xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
 
Mərkəzin ekspertləri deyirlər ki, İran Bəsrə körfəzindəki Əl-Dura qaz yatağına iddiasını ortaya qoyub:
 
“Yatağın böyük hissəsi Küveytin ərazisindədir. Tehran bu amillə hesablaşmayıb. Nəticədə İranla Küveyt arasında münasibətlər gərginləşib. Tehran məsələyə aydınlıq gətirilməsini gözləmədən qaz yatağında qazma işlərinə başlamaq ərəfəsindədir. İranın Milli Neft şirkətinin rəhbəri bu barədə açıqlama verib. Küveyt körfəzdə İranla sərhədlərin müəyyənləşməsinin tərəfdarıdır. Tehran isə beynəlxalq hüquqla hesablaşmaq istəmir, yatağın adını “Arəş” qoyaraq fəaliyyətə başlamaq niyyətindədir. Tehran onu da nəzərə almır ki, yatağın birgə işlədilməsi ilə bağlı Küveytlə Səudiyyə arasında saziş var.
 
İranın qaz yatağında fəaliyyətə başlamaq istəyi Küveytlə yanaşı, Səudiyyə Ərəbistanının da maraqlarına ziddir. Bu səbəbdən Səudiyyə birmənalı şəkildə Küyevti dəstəkləyib. Beynəlxalq ekspertlər də hesab edirlər ki, qaz yatağının böyük hissəsi Küveytə aiddir və Tehranın iddiaları əsassızdır. Küveyt bölgədəki münaqişələrə qarışmır, neytral xarici siyasət yürüdür. Küveytin İranla münasibətləri də gərginləşdirmək fikri yox idi. Ancaq Tehranın məlum yatağı özününküləşdirməyə çalışması Küveyti müqavimət göstərməyə məcbur edib”.
 
Təhlildə vurğulanır ki, bununla İran-Səudiyyə münasibətlərində yenidən gərginlik yaranıb:
 
“Görünür, Çində aparılan danışıqlarda körfəzdəki qaz yatağı məsələsinə ya diqqət yetirilməyib, ya da bu mövzu ümumiyyətlə unudulub. İran körfəz ölkələri ilə münasibətlərdə gərginlik yaratmaqla vasitəçi kimi çıxış edən Çini də pis vəziyyətdə qoyub. Tehran Pekinin vasitəçilik missiyasına zərbə vurub. Bu, Pekin-Tehran münasibətlərinə də mənfi təsir edə bilər.
 
Tehran keçmiş illərdə eynilə Azərbaycana da Xəzərdəki bəzi yataqlarında fəaliyyətlərinə mane olmaq istəyirdi. Tehran Azərbaycana aid olan yataqları “mübahisəli” adlandırırdı. Tehran bu zaman Xəzərdə sərhədlərin müəyyənləşməməsinə istinad edirdi. Ancaq bu bəhanə idi. Tehran sadəcə Azərbaycanın Qərbin neft şirkətləriylə imzaladığı sazişlərin reallaşmasına mane olmaq istəyirdi. Alınmadı. İranın qaz yatağına görə Küveyt və Səudiyyə Ərəbistanı ilə mübahisəyə başlaması da onun xeyrinə olmayacaq. Vaxtilə İraqın diktatoru Səddam Hüseyn Küveytə basqın etdi. Nəticəsi İraq və Səddam Hüseyn üçün yaxşı olmadı”.
 
Oğuz
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Hamısı