Avropa İttifaqının Şurası bəyanat yayaraq, dünən başa çatan İrana qarşı silah və raket sanksiyalarını qüvvədə saxladığını bildirib.
Ednews xəbər verir ki, Hərtərəfli Birgə Fəaliyyət Planının İranla nüvə sazişinin şərtlərinə əsasən, oktyabrın 18-də İrana tətbiq edilən sanksiyalar azaldılmalı idi, lakin İranın həmin şərtləri pozması səbəbindən sanksiyalar qüvvədə saxlanılıb.
“Avropa İttifaqı Şurasının qiymətləndirməsinə əsasən, nüvə sazişində qeyd edilmiş sanksiyaların qüvvədə saxlanılması üçün etibarlı sübutlar var”, - deyə, bəyanatda qeyd edilib.
Qeyd edək ki, İran hökuməti uranın zənginləşdirilməsində qoyulan 3,67% normanı aşaraq 60 faizə çatdırıb. Bu miqdar isə nüvə silahının istehsalına yaxınlaşmaq sayılır.
Oguz